Deputatlığa namizəd Anar Burcəliyev 96 yaşlı seçicisi ilə görüşdü

Baxış sayı: 
66
2  
0  

Xəbər verdiyimiz kimi, fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilər ilə bağlı təbliğat-təşviqat kampaniyasına yanvar ayının 17-dən start verilib.
 
Hurriyyet.org xəbər verir ki, bu məqsədlə təbliğat-təşviqat kampaniyası çərçivəsində 37 saylı Nizami Birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Anar Burcəliyev 96 yaşlı seçicisi olan Qasımova Minəvər Həşim qızı ilə görüşmüşdür. Görüş cərçivəsində söhbət zamanı Minəvər Qasımova dövlət başçısı cənab İlham Əliyevin ölkədə yürütdüyü gəncləşmə siyasətinin böyük əhəmiyyət kəsb etdiyini deyərək, Milli Məclisdə yeni intelektual düşüncəyə malik gənclərin təmsil olunmasını uğurlu addım kimi dəyərləndirmişdir. Atılan bu addımın respublikamızın rifahı üçün böyük önəmini söyləyən deputatlığa namizəd Anar Burcəliyev seçkiqabağı platforması ilə bağlı ətraflı danışmış və Minəvər Qasımovanı maraqlandıran suallara cavab vermişdir.   
 
Görüş zamanı 96 yaşlı Minəvər Qasımova bildirib ki, 9 fevral Milli Məclisə keçiriləcək növbədənkənar seçkilər günü şəxsən özü seçki məntəqəsinə gedərək namizədi olduğu Anar Burcəliyevə səs verəcəkdir.

Загрузка...
Загрузка...