Deputatın yüksək vəzifədə çalışan bacısı oğlu işdən çıxarıldı

Baxış sayı: 
80
2  
0  

"Azəriqaz" İstehsalat Birliyində struktur və kadr dəyişikliyi baş verib.
 
Publika.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqları Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.
 
Onun sözlərinə görə, "Azəriqaz" İB-də Baş direktorun innovasiyaların tətbiqi üzrə müavini vəzifəsi ixtisara salınıb: "Bununla da həmin müavin postunda 10 ildən çoxdur işləyən Fikrət Sucayev də vəzifədən çıxarılıb".
 
Qeyd edək ki, Fikrət Sucayev YAP Xətai rayon təşkilatının sədri, deputat Hüseynbala Mirələmovun bacısı oğludur.

Загрузка...
Загрузка...