Deputatın şirkəti fəhlələri boğaza yığıb – müqaviləsiz, sığortasız işlədilirik

Baxış sayı: 
35
3  
1  

“Biz, deputat Ağalar Vəliyevin “Azəraqrartikinti” ASC şirkətinin işçiləri olaraq Gəncə Su Kanalizasiya sisteminin yenidənqurulması layihəsində işləyirik. Şirkət iki aydan çoxdur ki, bizim maaşlarımızı vermir, fəhlə adamlarıq, balalarımız acdır, evimizdə çörək pulu yoxdur, rəhbərliyə dəfələrlə maaş üçün müraciət edirik amma bu gün sabah maaş olacaq deyə bizi aldadırlar”.

 

 

Bu sözlər “Azəraqrartikinti” ASC-nin fəhlə və işçi heyəti adından DİA.AZ-a ünvanlanan müraciətdə yer alıb.

 

Daha sonra müraciət müəllifləri yazır: “Bütün bunlara baxmayaraq bizi qanuna zidd şəkildə istirahət günləri də işlədirlər, hər iş günü gecəyə qədər işlədirlər, fəhlələrik, işdən çıxardılma qorxusu altında səsimizi çıxarda bilmirik. Heç birimizin həyat sığortası yoxdur, şirkətin işçilərinin yarısından çoxu rəsmi əmək müqaviləsiz işlədilir.

Şirkət deputat Ağalar Vəliyevindir. 2 aydan artıqdır ki, biz maaş üzünə həsrətik. Cənab Prezidentimiz İlham Əliyevə üzümüzü tutub kömək istəyirik, xahiş edirik, bizə maaşlarımızın vaxtında verilməsində, işçi hüquqlarımızın bərpasında yardım edəsiniz. Fəhlə olsaq da vicdanımız var, pulsuz və maaşsız dayanmadan istirahətsiz işlədilirik. Bizə kömək edin!”

 
Загрузка...
Загрузка...