Demokratların və Respublikaçıların loqoları yenidən gündəmdə - Fil və eşşəyin mənası nədir?

Baxış sayı: 
35
1  
0  

ABŞ seçkiləri geridə qalsa da seçim ənənəsinin keçmişi və eyni zamanda həm Demokratların, həm də Respublikaçıların loqoları yenə də müzakirə edilməyə başladı. 

Musavat.com cnn-nə istinadən xəbər verir ki, bunun bir sıra tarixi səbəbləri vardır. 

Niyə Çərşənbə axşamı?

Keçmiş zamanlarda seçicilərin atlardan minik vasitəsi kimi stifadə etdiyi dövrdə səsvermə məntəqələrinə seçicilər atla gedirmiş. Bu baxımdan çərşənbə axşamı ən ideal gün hesab olunub, çünki seçicilər bazar günü rahat ibadətlərini edər, sonra qeydiyyatda olduqları yerə getmək üçün yola düşərmiş. Çərşənbə axşamı da rahat gedib səslərini veriblər. 

Niyə Noyabr? 

Noyabr sərt qışla məhsul yığımı vaxtı arasında olan aydır. Bu da atla və yaxud kabriolitlə (bir nəfərlik mini at arabası) səyahət etmək üçün əlverişli dövr hesab olunur. 

Nə üçün Respublikaçıların loqosu fildir? 

1874-cü ildə karikaturaçı rəssam Tomas Nast “Üçüncü dönəm Panikası” əsərini çəkərkən Respublikaçıları fil şəklində təsvir edib. O vaxt ABŞ-ın keçmiş respublikaçı prizidenti Yulises Qrantın üçüncü dəfə prezident seçilmək üçün seçkilərə qatılmasını opponentləri etiraz edib və bunun qeyri-qanuni olduğunu bildirib. O dövrdə demokratları dəstəkləyən “Nyu-York Herald” Yulisesə qarşı olan və demokratları dəstəkləyən qəzet olub. Demokratları dəstəkləyən birisi olan Nast, dönəminin populyar rəssamı, beləliklə, əsərdə demokratları şir dərisinin içində eşşək, respublikaçıları da fil formasında təsvir edib. 

Nə üçün Demokratların loqosu eşşəkdir? 

1828-ci ildə demokrat Andreu Ceksonun tənqidçiləri onu “jackass” (yəni, eşşək Cek) adlandırıblar. Cekson bundan istifadə edərək seçki kampanyasında eşşək təsvirlərindən istifadə edib. 

Nə üçün Konqres üzvləri ofisləri gedib işə başlamaq üçün yanvar ayını gözləməlidir?

Əslində bu mart ayında baş verərmiş. Çünki o dönəmlər bülletenlərin sayılması və Vaşinqtona göndərilməsi vaxt aparırmış. Lakin sonradan Konstitusiyaya edilən 20-ci dəyişikliyə görə yanvar ayının 3-nə təyin edilib. 

Musavat.com

 
  •  
Загрузка...
Загрузка...