​"Dədəmin evindən uşaq gətirməmişəm..." - Anadan inanılmaz addım (VİDEO)

Baxış sayı: 
23
1  
0  

 
Lənkəranda yaşayan gənc qadın iki körpəsini və ərinin üstünə atıb ata evinə geri dönüb.
 
BAKU.WS xəbər verir ki, 1 və 5 yaşlı uşaqla təkbaşına qalan Əli dərdini götürüb "Səni axtarıram" proqramına gəlib.
 
"Mənə dedi ki, səninlə yaşamaq istəmirəm. Biz iki qardaş bacanağıq. Onun bacısı mənim qardaşımın həyat yoldaşı idi, ayrıldılar. Qardaşım onun bacısı ilə boşandığı üçün bu da məndən boşanmaq istəyir. Dedim, bəs uşaqlarımız nolacaq? Cavab verdi ki, dədəmin evindən gələndə uşaq gətirməmişəm. Al, səndə qalsın.
 
İnanın Allaha, böyük uşaq Lənkəran bazarının ortasında zəli kimi anasına yapışıb qopmaq istəmirdi. "Ana, məni də apar, Rüqəyya ata ilə qalsın" deyib yalvarırdı. Onların rayonuna gedən taksi sürücüləri bu mənzərəyə şahiddir".
 
Əli uşaqlarını onun üstünə atan həyat yoldaşı ilə barışmaq istəmədiyini bildirib. O, boşanmağa hazırlaşdığı həyat yoldaşının uşaqlardan rəsmi şəkildə imtina etməsini tələb edib.
 
Onun danışdıqları studiyadakı hər kəsi təsirləndirib. Körpələrini atan ana pislənib.
 

Загрузка...
Загрузка...