DÇ-2018: Mbappe Pelenin rekordunu təkrarladı

Baxış sayı: 
258
0  
0  

Fransa millisinin hücumçusu Kilian Mbappe əfsanəvi braziliyalı futbolçu Pelenin rekordunu təkrarlayıb.
Publika.az apasport.az-a istinadən xəbər verir ki, o, buna dünya çempionatının 1/8 final mərhələsində Argentina ilə qarşılaşmada nail olub.
Belə ki, matçda dubl edən Mbappe 1958-ci ildən bəri bunu bacaran ən gənc oyunçu olub. Sonuncu dəfə DÇ-1958-də məhz Pele İsveçlə qarşılaşmada rəqibi 2 dəfə mərkəzə dəvət etmişdi. Pele bunu 17 yaş 8 aylığında etmişdisə, Mbappe 19 yaş 6 aylığında mundialda dubl sevinci yaşayıb.
Qeyd edək ki, Fransa Argentinanı 4:3 hesabı ilə məğlub edərək, adını 1/4 finala yazdırıb.

Загрузка...
Загрузка...