​David Tonoyandan ŞOK SÖZLƏR: Azərbaycan əsgərinin ölüm əmrini şəxsən verdim

Baxış sayı: 
32
1  
0  

İyunun 9-da cəbhə xəttində erməni tərəfinin açdığı atəş nəticəsində Gədəbəy rayonu, Köhnəqışlaq kəndinin sakini, 2000-ci il təvəllüdlü, əsgər Elşən Xəlilov şəhid olub.
 
Publika.az xəbər verir ki, Azərbaycan əsgərinin öldürülməsi əmrini Ermənistanın müdafiə naziri David Tonoyan şəxsən verib.
 
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, azərbaycanlı əsgəri şəhid edən erməni hərbçilər mükafatlandırılıb. Bəyanatda bildirilir ki, 1 iyun tarixində Xocavənd istiqamətində Azərbaycan mövqelərindən açılan atəş nəticəsində erməni əsgər Sipan Melkonyan öldürülüb. Bu isə qisas aksiyası olub. David Tonoyan da bu gün azərbaycanlı əsgərin ölüm əmrini verdiyini etiraf edib.
 
Ermənistanın baş naziri Nikol Paşinyanın Sankt-Peterburqda forum zamanı işğalçı ölkənin rəhbərliyinin cəbhə xəttində təxribatlara hər-hansı aidiyyətinin olması barədə sualı təkzib etməsi, sonra isə bu ölkənin müdafiə nazirinin belə açıqlaması göstərir ki, ya baş nazir ölkəni idarə edə bilmir, ya da bütün bunlar yalandır v sülh danışıqlarının imitasiyasıdır.
 
ATƏT Minsk qrupunun həmsədrlərinin regiona səfəri ərəfəsində mayor Aqil Ömərovun qətlə yetirilməsi, hazırda XİN rəhbərlərinin görüşü ərəfəsində də daha bir təxribat törədilməsi sübut edir ki, Ermənistan atəşkəs rejiminin qorunub saxlanmasını, sülh danışırlatının konstruktiv məcrada davam etdirilməsini istəmir.
 
İstənilən halda Ermənistan öz yalanları artıq həmsədrləri, beynəlxalq ictimaiyyəti aldada bilmir. Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına sərt reaksiya verməli və bu ölkənin işğalçı siyasətinin, sülh danışıqlarını sabotaj etməsinin qarşısını almalıdır.
 
Asif

Загрузка...
Загрузка...