“Dava zamanı Həbib Konora tüpürdü…”: Böyük qalmaqalın yeni detalları açıqlandı

Baxış sayı: 
49
2  
0  

Həbib Nurməhəmmədov və Konor Makqreqor arasında keçirilmiş döyüşdən sonra tərəflər arasında baş vermiş dava-dalaşın yeni detalları üzə çıxmaqdadır.

Dava zamanı Nurməhəmmədov, Makqreqor, məşqçilər, polis və mühafizəçilərdən başqa kütlənin arasında heç kimin diqqətini cəlb etməyən daha bir şəxs olub – Devid Martin. O, bu növ döyüşlərin həvəskarı olmaqla yanaşı, həm də UFC ilə əməkdaşlıq edən çirkətin rəhbəridir.

Bizimyol.info Sports.ru-ya istinadən xəbər verir ki, Konorun yerlisi olan Martin Həbibin qalib gəldiyi qarşılaşmadan sonra baş vermiş dava-dalaşın bəzi yeni detallarını açıqlayıb. Birinci sırada oturan və Makqreqoru dəstəkləyən Martin də görüşdən sonra yer almış dava-dalaşa qoşulmalı olub.

“Konor yorulub əldən düşmüşdü, bu zaman Həbibin adamlarından biri ona arxadan zərbə endirdi. Zərbə Konorun gicganını tutsaydı, ölə də bilərdi…”,- deyə Martin Sports.ru-ya açıqlamasında bildirib.

Video görüntülərində parlaq yaşıl rəngli pencəkdə gözə çarpan şəxs məhz Devid Martindir.

“Penəcyin özünün qiyməti cəmi 250 dollardır, dava-dalaş zamanı da zədələnmədi. Amma Həbib Konora tüpürdü, bu zaman mən onu (Konoru – red.) tutub saxlamışdım və nəticədə Həbibin tüpürcəyi pencəyimin yaxalığına düşdü”,- deyə Martin xatırladıb.

Загрузка...
Загрузка...