​Daşın altından yenə onlar çıxdı: Ermənilərdən xain plan – Foto

Baxış sayı: 
76
1  
0  

 
Bu ilin may ayında PYD/YPG/PKK terror təşkilatının nəzdində yaradılan erməni taborunun terrorbaşı Abdullh Öcalanın portreti önündə çəkdirdiyi foto ortaya çıxıb.
 
Teleqraf.com xəbər verir ki, görüntü PYD-nin mətbu orqanları tərəfindən yayımlanıb.
 
Məlumatda erməni taborunun lideri Nübar Melkonyanın açıqlamalarına yer verilib.
 
“Suriyadakı ermənilər və Ermənistandan sıralarımıza qatılanlar var. erməni diasporundan da bura qatılmaq istəyənlər çoxdur”, - Melkonyan bildirib.
 
Ötən aylarda Ermənistan tərəfindən PKK/YPG terror təşkilatının Suriya və İraqdakı ünsürlərinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə göndərildiyi məlum olub. 300 PKK/YPG terrorçusunu avtobuslarla Dağlıq Qarabağa daşıyan Ermənistan bu ünsürlərdən mülki əhaliyə qarşı hücumlarda istifadə edir.

Загрузка...
Загрузка...