Danışıqlar prosesində bu məsələ ciddi nəzərə alınmalıdır - Deputat

Baxış sayı: 
193
3  
0  

 Ermənistan var gücü ilə çalışır ki, Rusiyanı hər hansı formada münaqişəyə cəlb etsin.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin “Bu konfliktin Azərbaycan və Ermənistan arasında olması və başqa tərəflərin müdaxilə etməməsi üçün biz hər şəyi edəcəyik” deməsi bu cəhdlər qarşısında ən layiqli cavabdır:

“Rusiya prezidentinin açıqlamaları balanslı mövqe nəzərdə tutur. Faktiki olaraq Vladimir Putinin dediyi məsələlər baza prinsiplərinin təkrarıdır. Sadəcə bir fərq var, onu da cənab Prezident qeyd etdi ki, baza prinsiplərinin birinci hissəsində nəzərdə tutulan 5 rayon artıq demək olar ki, işğaldan tamamilə azad olunub. Odur ki, danışıqlar prosesində bu məsələ ciddi nəzərə alınmalıdır.

Artıq bütün dünya, o cümlədən Rusiya tərəfindən status-kvonun, təmas xəttinin aradan qaldırılması reallığı qəbul edilib. Köhnə variantda Madrid prinsipləri də yoxdur. Madrid prinsiplərinin birinci hissəsi dəyişməyib, ancaq Azərbaycan artıq bu prinsipləri yerinə yetirib. Odur ki, danışıqlar sadə olmayacaq, başqa reallıq var və bu reallığı cənab Prezident və rəşadətli ordumuz yaradıb”.

Загрузка...
Загрузка...