“Danışıq yolu ilə bir qarış da olsun torpaq geri qayıtmayıb”

Baxış sayı: 
171
4  
0  
“Daxili durum Paşinyanı Qarabağ
məsələsində daha radikal mövqe tutmağa məcbur edir”
 

Sentyabrda Azərbaycan və XİN rəhbərlərinin BMT sammiti çərçivəsində görüşü nəzərdə tutulur.

Maraqlıdır, mövcud siyasi situasiyada XİN başçılarının bu görüşü Qarabağ probleminin həllinə nə isə verə bilərmi? 
 
Moderator.az-a açıqlama verən politoloq Eldar Namazov məlum danışıqlardan müsbət mənada heç nə gözləmədiyini vurğuladı:
 
“Bizdə 25 ilə yaxın aparılan danışıqların təcrübəsi var. Atəşkəsdən sonra aparılan bu danışıqlar zamanı heç bir nəticə əldə olunmayıb. Bir qarış torpaq da danışıq yolu ilə azad edilməyib. Indi isə Ermənsitanda hakimiyyət dəyişikliyindən sonra bu danışıqlardan nə isə gözləmək sadəlövhlük olar. Ona görə ki, Paşinyan hakimiyyəti kifayət qədər çətin durumdadır. Növbədənkənar parlament seçkiləri keçirilməyənə, Paşinyan hökumət və parlamentdə öz tərəfdarlarının üstünlüyünü təmin etməyənə qədər heç bir islahat apara bilməyəcək. Ermənistanda sosial-iqtisadi durumu yaxşılaşdırmaq üşün heç bir ciddi addım atmaq mümkün olmayacaq. Əksinə, daxili qarşıdurmalar daha da güclənəcək. Hakimiyyətin opponentləri əks-hücuma keçəcəklər. Belə bir durumda olan hökumət heç vaxt Qarabağ problemi ilə bağlı hansısa güzəşt haqqında düşünə bilməz. Əksinə, daha radikal çıxışlar edəcək. Biz bunu görürük. Paşinyan hakimiyyətinin bəzi bəyanatları əvvəlki hakimiyyətdən daha radikaldır. Daxildə yaranmış durum onu radikal mövqe tutmağa vadar edir. Belə bir şəraitdə XİN rəhbərlərinin danışıqlarında bir nəticə gözləmək sadəlövhlük olar”.
Загрузка...
Загрузка...