Danışaraq gəlirlər, 2 saat sonra boğulub ölürlər - Həkimlər koronavirus xəstələrindən danışdı

Baxış sayı: 
201
2  
0  

Fransada koronavirus xəstələrini müalicə edən həkimlər pandemiya ilə bağlı sakinlərə xəbərdarlıq ediblər.
Publika.az-ın məlumatına görə, onlar bildiriblər ki, koronavirus insanın səhhətində 2 saat ərzində ciddi problemlər yarada bilir:
“Virus sürətlə yayılır. Xəstələrin 35 faizi nəfəs aparatına bağlıdır. Xəstələr içəriyə danışaraq girirlər. 2 saat sonra boğulurlar. Lütfən evdən çıxmayın. Bu xəyal etməyəcəyiniz qədər ciddi məsələdir”.
Həkimlərin sözlərinə görə, insanlar xəbərdarlıqlara məhəl qoymasa Fransada “fəlakət” yaşanacaq.
Qeyd edək ki, Fransada koronavirusdan 700-ə yaxın insan həyatını itirib.16 mindən çox insan virusa yoluxub.

Загрузка...
Загрузка...