​Damladan iddialı sözlər: "Röya Ayxan ilə rəqabət..." - Foto

Baxış sayı: 
88
2  
0  

 
 
Müğənni Damla Heydər Əliyev adına Sarayda verəcəyi konsertlə bağlı mətbuat konfransı keçirib.
 
Teleqraf.com xəbər verir ki, Damla konsertə ciddi hazırlaşdığını deyib:
 
"Heydər Əliyev adına Sarayda martın 25-də uzun illərin arzusunu reallaşdıracam.
Bu bütün sənətçilərin və səhnəyə yeni addımlayan hər bir ifaçının arzusudur.
Konsertimiz üçün bütün gücümüzlə çalışırıq. Səhnədə şou göstərmək məndən uzaqdır, sadəcə rəqqasların şousu olacaq. Canlı musiqi ilə iki saatlıq performans göstərəcəyik. Konsertin tarixi bəlli olandan çox həyəcanlıyam. Bilet satışımız çox yaxşı gedir. Sevənlərimiz sağ olsun ki, bizi yalnız buraxmayacaqlar".
 
Damla "Konsertinizi martda təşkil etməyiniz təsadüf yoxsa bilərəkdən bu qərarı veemisiniz? Çünki xalq artisləri Zeynəb Xanlarova və Röya Ayxanın da konserti martda baş tutacaq. Sosial şəbəkədə sizin Röya Ayxanla rəqabət apardığınız üçün bu ayda konsert verəcəyiniz qeyd edilib. Bu nə dərəcədə doğrudur?" sualına "Martda konsert vermək planlaşdırılmış şəkildə olmayıb. Şamilə dedim ki, konsert vermək istəyirəm, o da mart ayı üçün danışıb. Digər sənətçi dostlarıma da uğurlar arzu edirəm. Hər ifaçının öz kütləsi var. İnanıram ki, Röya xanımın və dünya şöhrətli müğənnimiz Zeynəb Xanlarovanın konserti anşlaqla keçəcək.
 
Buna heç şübhə etmirik. Martda on müğənninin konserti də olsa tamaşaçılar gəlib dinləyəcək. Çünki hər ifaçının öz tamaşaçısı var. Əsas odur ki, konsertimiz eyni gündə deyil. O zaman deyərdiniz ki, burada rəqabət və düşünülmüş təxribat var. Amma inanın ki, belə deyil. Konsertlər arasında uzun vaxt var" deyə cavablandırıb.
 
Müğənni sənət dostlarını konsertinə dəvət etməsindən də danışıb:
 
"Yalnız Rəqsanə İsmayılov dəvətnamə istəyib, ona verəcəyik".
 
Damla konsertdə Pərviz Bülbülə ilə duet olmayacağını da deyib: "Pərviz Bülbülə ilə duet olmayacaq. Səhnədə yalnız mən olacam".
 
Müğənni onu da deyib ki, konsertdən qazanc əldə etməyi düşünmür: "Məclislərdən, tədbirlərdən, reklamlardan qazanırıq. Maddi tərəfdən imkanlılar və şəxsi biznesi olanlar toya da getmirlər. Mənim üzərimdə böyük ailə yükü olduğu və övladımın təhsili üçün toy, ailə məclislərinə gedirəm. Hamı kimi mən də əziyyət çəkirəm".
 
Damla toy müğənnisi və səhnə müğənnisi kateqoriyasından da danışıb: "Bu haqda danışmaq üçün özümü hazır hiss etmirəm. Zamanı gələndə hər şeyin açıqlaması olur. Səhnə müğənnisə də toya gedir.
 
Pop ifaçıları Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Röya Ayxan və bir çox muğam ifaçılarımız var. Mənim üçün sənət bölgüsü budur. Toy müğənnisi və səhnə müğənnisi bölgüsü yoxdur".
 
Foto: Ceyhun Rəhimov
 

Загрузка...
Загрузка...