Daha çox qayğıya ehtiyacı olan insanlar günəmuzd işləyənlərdir - DEPUTAT

Baxış sayı: 
83
2  
0  

Bizdə daha çox qayğıya ehtiyacı olan insanlar günəmuzd işləyənlərdir.
Turaninfo.org xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti ilə bağlı hesabatının müzakirəsi zamanı çıxış edən deputat Bəhruz Məmmədov deyib.
Deputat qeyd edib ki, həmin şəxslər həm öz günahları, həm də bəzi qurumlarının günahı üzündən işsiz kimi də heç yerdə qeydiyyatda deyillər: “Bu gün həmin insanlar yardımdan kənarda qalır. Həmin yardım gündəlik 5-10 manat qazanan insan üçün çox vacibdir. Eyni zamanda, adına torpaq olan şəxslər də bu yardımdan kənarda qalır. Bu məsələyə də təkrar baxılmalıdır”.

Загрузка...
Загрузка...