Daha bir ölkədə çempionat ləğv oluna bilər

Baxış sayı: 
192
2  
0  

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan futbol üzrə Şotlandiya çempionatı davam etdirilməyə bilər.

“Report”un məlumatına görə, bu barədə ölkənin Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, yaxın günlərdə klub rəhbərləri ilə birlikdə iclas keçiriləcək. Cari mövsüm ləğv olunacağı halda turnir cədvəlinin ilk pilləsində yer alan komanda çempion elan olunacaq.

Hazırda Şotlandiya çempionatına 80 xalla “Seltik” klubu başçılıq edir.

Qeyd edək ki, daha əvvəl Belçikada cari mövsümün bərpa olunmayacağı açıqlanıb.

 
Загрузка...
Загрузка...