Dado ilə bağlı suallar Natavanı əsəbiləşdirdi

Baxış sayı: 
76
1  
0  

Müğənni Natavan Həbibi ilk dəfə İnstaqramda canlı yayıma girib.

Sənətçi izləyicilərinin suallarını cavablandırıb. Həbibi ona həyat yoldaşı, reper Dado ilə bağlı ünvanlanan suallara əsəbiləşib.

Natavan "Dado hardadır? Ayrılmısız" kimi sözlərə "Dado haqda danışmaq istəmirəm. Dadonu soruşursunuz. Mən canlı yayıma sizinlə söhbət edib, vəziyyəti soruşmağa girmişəm" reaksiyasını verib.
İfaçı daha sonra yazılan "Yaxşı ki, ayrıldınız. Dado sizi psix etmişdi" şərhinə "Bilmək olmaz o məni, yoxsa mən onu psix etmişdim. Bunu araşdırmaq lazımdır. Səid uşaqdır, məni psix edə bilməz" cavabını verib.

Natavan birlikdə planlaşdırdıqları duetlərinin də yarımçıq qaldığını bildirib.

Qeyd edək ki, Natavan və Dadonun bir oğlu var. Həbibi bir müddət əvvəl əri ilə ayrıldığını, danışmadıqlarını bildirib. (axşam)

Загрузка...
Загрузка...