​DADAŞ RZAYEVİN DEYİL, ZAUR RZAYEVİN NƏVƏSİ… – VİDEO (Yeniləndi)

 
Xəbər verdiyimiz kimi, Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinif şagirdi 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Faktla  bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən R.C. barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Haqqın.az saytı 7-ci sinif şagirdinə qarşı seksual zorakılıq törədən 11-ci sinif şagirdinin sabiq müdafiə naziri Dadaş Rzayevin nəvəsi olduğunu bildirib
 Ancaq  Dadaş Rzayevin xanımı Ayişə Rzayeva bunu təkzib edib: ” Belə bir məlumatı paylaşmaq, yazmaq ayıbdır. Həmin məktəbli Dadaş Rzayevin nəvəsi deyil.”
 
Strateq.az dəqiqləşdirib ki, kadrlarda görüntülənən şəxs Müdafiə nazirinin dünyasının dəyişmiş sabiq müavini, general-mayor Zaur (Zadir) Rzayevin nəvəsidir – oğlu Siyavuşun övladıdır.
 
 
Xatırladaq ki, Azərbaycan ordusunun ilk hərbi hissəsinin komandiri olmuş Zaur Rzayev 1937-ci ilin oktyabrın 10-da Lənkəran rayonunun Şürük kəndində anadan olub. 1955-ci ildə Azərbaycan Pedaqoji Universitetin fizika-riyaziyyat fakültəsinə daxil olsa da, ailə vəziyyəti ağır olduğundan təhsilini yarımçıq qoyub. 1958-1962-ci illərdə Bakı Ali Ümumqoşun Komandan hərbi məktəbini qırmızı diplomla bitirəndən sonra leytenant rütbəsi alaraq Almaniyadakı SSRİ ordusunda xidmətə göndərilib.
 
Daha sonra 1971-ci ildə Moskvada M.F.Furunze adına Hərbi Akademiyaya daxil olub və 1975-ci ildə oranı bitirib. Oradan isə Zaqafqaziya Hərbi Dairəsinə alay komandirinin müavini, sonralar isə Bakı şəhərinə azərbaycanlı zabit kadrlarını yetişdirmək üçün BDU-nun hərbi kafedrasının müdir müavini vəzifəsinə göndərilib. Burada isə polkovnik rütbəsinə ucalan Zaur Rzayev kafedra rəisi vəzifəsinə təyin edilib.
 
1991-ci oktyabrın 9-da bilavasitə özününun şəxsi təşəbbüsiylə yaratdığı “I batalyon” kimi tanınan, Azərbacan Silahlı Qüvvələrinin ilk N saylı hərbi briqadasının komandiri kimi Qarabağ döyüş bölgəsinə gedib. 1992-ci ildə Ağdərənin 12, Laçının 40 kəndinin azad edilməsinə, eləcə də korpus komandiri kimi Beyləqan və Füzuli istiqamətində uğurlu əks-hücum əməliyyatına rəhbərlik edib.
 
1992-ci il oktyabrın 19-da Əbülfəz Elçibəyin fərmanı ilə general-mayor rütbəsinə layiq görülüb. Həmin ilin noyabrında Bakıya çağırılaraq II korpusun komandir müavini vəzifəsinə, 1993-cü il iyunun 16-da isə Cəbhə komandanı, müdafiə nazirinin I müavini vəzifəsinə təyin olunub.
 
29 yanvar 2010-cu il tarixdə Zaur Rzayev 72 yaşında uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
 
****
“Xəbər çıxandan telefonlarımız susmur. Belə bir məlumatı paylaşmaq, yazmaq ayıbdır. Həmin məktəbli Dadaş Rzayevin nəvəsi deyil”.
 
Bunu musavat.com-a açıqlamasında sabiq müdafiə naziri, general Dadaş Rzayevin xanımı Ayişə Rzayeva deyib.
 
Ayişə Rzayeva bu gün Bakıda məktəbdə intim görüntüsü yayılan şagirdin Dadaş Rzayevin nəvəsi olması barədə yayılan xəbərləri təxribat adlandırıb.
 
Dadaş Rzayevin nəvələrinin hazırda Azərbaycanda olmadığını deyən Ayişə Rzayeva qeyd edib ki, bu hadisədən sonra özü və yaxınları narahatlıq keçiriblər: “Bütün qohumlar, yaxınlar zəng edir ki, bu nə xəbərdir? Belə bir generala qarşı bu cür hərəkət olarmı? Dəqiqləşdirilməmiş məlumatı yaymaq nə qədər doğrudur? Nüfuzlu bir generalın adına ləkə gətirmək, şəklini qoyub, nə gəldi yazmaq kimlərin marağında ola bilər?”.
 
Ayişə Rzayeva generalın bu məlumatlardan xəbərsiz olduğunu, səhhəti ilə bağlı ondan gizlətdiklərini söyləyib: “Dadaş müəllim insult keçirib. Belə bir vaxtda onun haqqında yalan və ayıb məlumatlar yayılması ona çox pis təsir edəcək. Bu barədə ona qəti olaraq məlumat verməmişik. Çalışıram ki, xəbər tutmasın”.
 
Generalın xanımı qalmaqal baş verən məktəbdə heç bir qohumlarının təhsil almadığını da söyləyib: “Ölkədə minlərlə Rzayev var. Hər Rzayevi gətirib Dadaş Rzayevlə bağlamaq olmaz axı”.
 
Qeyd edək ki, Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinifdə oxuyan R. C 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb.
 
Baş vermiş hadisə ilə bağlı Bakı şəhər prokurorluğunda cinayət məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb. Səbayıl rayon məhkəməsinin qərarı ilə R.C barəsində həbs qətimkan tədbiri seçilib.
 
Qalmaqlada adı keçən 11-ci sinif şagirdinin Azərbaycanın sabiq müdafiə naziri Dadaş Rzayevin nəvəsi olması barədə xəbəri yerli saytlar yayıb.
***
 
Xəbər verdiyimiz kimi, Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinif şagirdi 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
 
Faktla  bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən R.C. barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Haqqın.az saytının məlumatına görə isə 7-ci sinif şagirdinə qarşı seksual zorakılıq törədən 11-ci sinif şagirdi sabiq müdafiə naziri Dadaş Rzayevin nəvəsidir.
 
***
Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinif şagirdinin 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
 
“Report”un əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən R.C. barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Günahı sübuta yetiriləcəyi təqdirdə onu 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
 
Hazırda istintaq davam etdirilir.
 
Təhsil Kompleksinin direktoru Sara Xanlarova “Report”a açıqlamasında işlə hüquq-mühafizə orqanlarının məşğul olduğunu, bu səbəbdən də geniş açıqlama vermək istəmədiyini bildirib: “Hələlik araşdırma gedir. Amma videogörüntülər quraşdırmadır. Bunun kim tərəfindən quraşdırıldığını bilmirik. Təhsil Nazirliyi də araşdırma aparır”.
 
Qeyd edək ki, hadisə ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Загрузка...
Загрузка...