Dabodan tərbiyəsizlik – “Neftçi” azərkeşlərini təhqir etdi… – Fotolar

Baxış sayı: 
44
2  
0  

 
31 yaşlı hücumçu Baqali Dabo əvvəlcə, şəxsi “İnstagram” səhifəsinin hekayə bölməsindən “neftchi.baku.fan.page” adlı azarkeş səhifəsi təhqir edib. Ardınca öz fotosunu paylaşaraq azarkeşlərin şərhlərinə qeyri-etik cavablar yazıb. Buna səbəb isə azarkeş səhifəsinin futbolçu haqda tənqidi paylaşımı olub.
 
Bəli, bunu da gördük…Tənqidə təhqirlə cavab verdi. Peşakar futbolçu heç vaxt belə iş tutmaz. Özü də sadə tənqidi qəbul etməyib, belə qarşılıq göstərəsən… Yad ölkədən gələsən, burada görmədiyin günləri görəsən, ən əsası böyük məbləğdə maaş alasan, üstündən su içib cuşa gəlib, Azərbaycan futbolsevərlərini – daha dəqiq “Neftçi” liləri təhqir edəsən…
 
“Neftçi” rəhbərliyi təcili surətdə bu işə bir əncam çəkməlidir. “Flaqman”ın fanatları sadiqliyi ilə həmişə yadda qalıblar. Onlar komandanın döyünən ürəyidir, desək, yanılmarıq. İstidə, soyuqda dayanmadan komandanı qələbəyə kökləyiblər. Futbolçular onlardan razı qalıblar, daima azərkeş-futbolçu dostluğu möhkəm olub.
 
Görünür, istisnalar da olur… Azərbaycanın çörəyini yeyən Dabo elə azərbaycanlı “Neftçi” azərkeşkərini ümumi olaraq təhqir edib. Bu hal Azərbaycan futbolunda nadir hallarda olur. Yenə təkrarlandı. Özü də kim tərəfindən kimlərə…
 
Dabonun həyat yoldaşı “instagram” səhifəsində komandanın baş məşqçisi Bordinə atmacalı sözlər yazmışdı.
 
Deyir: “Biz bilirik, son mövsüm komandada qolları kim vurub, qoy indi başqaları gəlsin, öyrəşmişik”.
 
O qollar elə həmin azərkeşlərin və futbolçuların hesabına vurulub. İkincisi də, əvəzolunmaz insan yoxdur. Demək ki, Dabo özünü kənara atıb, Bordin yox.
 
Mən belə düşünürəm, belə harınlamışı komandada 1 saniyə belə olsa saxlamaq olmaz.
 
Minval.info / A.Dadaşzadə

Загрузка...
Загрузка...