D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatıb

Baxış sayı: 
44
2  
0  

Ötən il dekabrın 3-də D230 blokunda başlanmış 3 ölçülü seysmik tədqiqat proqramı tam təhlükəsiz şəkildə həyata keçirilib və martın 14-də başa çatıb. 

Bu barədə "Report"a "BP-Azerbaijan" şirkətindən bildirilib. 

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə və seysmik əməliyyatları həyata keçirən podratçı şirkətimiz “Caspian Geophysical”la əla əməkdaşlığımızın nəticəsi olaraq 3-ölçülü seysmik tədqiqat layihəsi uğurla və qrafikə uyğun tamamlanmışdır. Növbəti addım əldə edilmiş məlumatların emal edilməsidir.

Bu seysmik tədqiqatın nəticələrindən asılı olaraq biz D230 blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılmasına 2020-ci il ərzində başlamaq niyyətindəyik", - deyə şirkət bəyan edib. 

 
Загрузка...
Загрузка...