​Cəsədlər üst-üstə basdırılır – Nyu Yorkda çəkilən bu fotolar dünyanın gündəmini qarışdırdı

Baxış sayı: 
83
2  
0  

 
 
Hər gün 10 min insanın koronavirusa yoluxduğu və 700 nəfərin öldüyü Nyu-Yorkdan qorxunc fotolar yayılıb.
 
Musavat.com xəbər verir ki, ölən şəxslərin cəsədlərinin üst-üstə dəfn edilməsi dünya gündəmini qarışdırıb.
İndiyə qədər 161 min testin keçirildiyi ABŞ-ın Nyu-York şəhərində 7 mindən çox insan ölüb. Epidemiyanın episentrinə çevrilən Nyu-Yorkda çəkilən bu fotolar durumun nə qədər ciddi olduğunu bir daha ortaya qoyub.
 
Fotoları ilk olaraq “Reuters” xəbər agentliyi yayıb.
 
Məzarlığın Hart adasındakı bir həbsxananın həyətində qazıldığı bildirilir. Hart adası IX əsrdən Nyu-Yorkda kimsəsizlərin dəfn olunduğu yer kimi də tanınır.
 
Cəsədlər dərin qazılmış çuxurlarda üst-üstə basdırılır və onların yaxınları bu dəfnlərdə iştirak etmir.
 
Adada məhbusların həftəyə 25 cəsəd basdırdığını bildirən “Reuters” agentliyi, koronovirusa görə bu cür kütləvi məzarlığın qazıldığını qeyd edb. Yan-yana iki tabutun sığacağı bu uzun məzarda artıq həftəyə deyil, günə 25 cəsəd basdırılır. Xüsusi torbalara qoyulmuş cəsədlər daha sonra tabutlara yerləşdirilərək basdırılır.
 
Pandemiyanın qurbanlarının adları böyük hərflərlə və fiqurlarla tabutun üzərinə yazılır. Bunun məqsədi isə gələcəkdə ölü sahiblərinin yaxınları üçün yenidən dəfn işini asanlaşdırmaqdır.
 
Həbsxananın sözcüsü Jason Kersten, bu adaya cəsədlərin nəhəng soyuducu maşınlarla daşındığını bildirib.
 
Qeyd edək ki, Çində epidemiyanın ortaya çıxdığı dövrdə koronavirusu qiymətləndirən ABŞ prezidenti Donald Trump “Qripə bənzəyir, aprel ayında keçər” deyə açıqlama vermişdi.

Загрузка...
Загрузка...