Çox təhlükəli oyun oynayırlar - Belə davam edərsə, yaxın gələcəkdə...

Baxış sayı: 
140
3  
0  

Dünyanı “ayaq saxlamağa” vadar edən yeni tip koronavirus pandemiyası iqtisadiyyatın bütün qollarında olduğu kimi, neft bazarına da öz təsirini göstərib.
Neft İxrac Edən Ölkələr (OPEC) və OPEC-dən kənar ölkələrin (OPEC+) neftin hasilatının azaldılması ilə bağlı razılığa gələ bilməməsi xam neftin qiymətinin son 17 ilin ən ucuz səviyyəsinə düşməsinə səbəb olub. Səudiyyə Ərəbistanı bazardakı payını almaq üçün yeni həmlələr edib. Lakin bu addımlar neftin daha da ucuzlaşmasına gətirib çıxarıb.
Turaninfo.org xəbər verir ki, son dövrdə yaşanan neft münaqişələri ilə bağlı danışan “Axiory Global”ın baş icraçı direktoru Roberto d'Ambrosio Səudiyyə Ərəbistanının Rusiyaya təzyiq göstərməyə çalışdıqca özünün də itki verəcəyini açıqlayıb.
O bildirib ki, bu ölkələr çox təhlükəli oyunun içindədirlər: “Neft bazarındakı durum düzəlməsə, uzunmüddətli böhran ABŞ şirkətləri üçün ölümcül ola bilər. Rəsmi Ər-riyad müttəfiqi ABŞ-ı Moskvaya təzyiq göstərməyə cəlb etməyə çalışır. Ərəbistan iqtisadiyyatı neftdən gələn gəlirlərə güvənir. Lakin neft böhranı daha çox davam edərsə, bu ölkənin sahib olduğu ucuz neft hasilatı belə ona kömək etməyəcək”.

publika.az
 

Загрузка...
Загрузка...