Con Travoltaya AĞIR İTKİ - FOTO

Baxış sayı: 
104
1  
1  

Dünya şöhrətli aktyor Con Travoltanın həyat yoldaşı Kelli Preston vəfat edib.
 
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktyorun iki ildir süd vəzi xərçəngindən əziyyət çəkən xanımı həyatdan köçüb. Bu barədə dünya ulduzu instaqram hesabından məlumat yayıb:
 
“Ürək ağrısıyla xəbər verirəm ki, 2 ildir süd vəzi xərçəngi ilə mübarizə aparan gözəl həyat yoldaşım vəfat etdi. Bir çox insanın sevgisi və dəstəyi ilə xəstəliklə cəsarətlə mübarizə apardı. Analarını itirən uşaqlarımın yanında olmalıyam, özümüzə gəlmək üçün vaxt lazımdır, odur ki, bir müddət göz önündə olmayacağıq. Lakin bilin ki, sağalacağımız həftə və aylar ərzində sevgi selinizi hiss edəcəyəm”.
 
Preston ilə Travolta “The Experts” filminin çəkilişlərində tanış olub, cütlük 1991-ci ildə Parisdə evlənib. Onların nikahından 20 yaşlı qızı və 9 yaşlı oğlu var. Məşhurların böyük oğlu bir neçə il əvvəl 16 yaşında ürək tutmasından ölmüşdü. Bu hadisə aktyoru dərindən sarsıtmışdı.

Загрузка...
Загрузка...