"Cocuq Mərcanlıya KİV rəhbərlərinin yerinə şagirdləri aparmalıydılar ki, azad olunan əraziləri görsünlər" — "Buna görə nə qədər vəsait silinib" (FOTOLAR)

Baxış sayı: 
94
2  
0  

Tanınmış təhsil eksperti Kamran Əsədov Təhsil Nazirliyinin ötən gün Cocuq Mərcanlıya təşkil etdiyi media-turla bağlı addımını sərt şəkildə tənqid edib. 

K.Əsədov Demokrat.az-a açıqlamasında bildirib ki, Təhsil Nazirliyi KİV-ləri ələ almaq üçün rayonlara media-tur təşkil edir:

"Bu cür media-turların konkret xərcləri göstərilməlidir, bu tender vasitəsilə olmalıdır. Yəni, Təhsil Nazirliyi xərcləri minumuma endirmək üçün tender elan etməlidir. Bununla bağlı maliyyə arayışı təqdim edilməlidir. İndi Təhsil Nazirliyi media kapitanlarını bir yerə yığıb qonaqlıq verir, amma bizim qəzalı vəziyyətdə olan və hər an uça bilən məktəblərimiz var. Yəni, pulu qonaqlıqlara deyil, belə yerlərə ayırmaq lazımdır. Sabah mən gedib desəm ki, ay Təhsil Nazirliyi mənə 2-3 min manat vəsait verin, gedim Neftçalada pənəcərlərindən külək girən, damından yağış suyu daman məktəbləri təmir etdirim, inanın ki, əsla verməzlər. Ancaq bu cür problemlərin mətbuatda yazılmaması üçün tanınan KİV-lərin rəhbərlərini çağırıb media-tur təşkil edirlər, qonaqlıq verirlər. Azərbaycanda el adət-ənənəsi var ki, çörək kəsilən insanların nöqsanlarına göz yumulur. İndi Təhsil Nazirliyi də bu məqsədlə KİV rəhbərlərini bir araya toplayıb".

Ekspert deyib ki, indi Azərbaycanda təhsilə ayrılan vəsaitlər düzgün istiqamətlərə sərf edilmir:

"Təhsil Nazirliyinə yöndləndirilən ciddi və əhəmiyyətli layihələrə maliyyə ayrılmır, amma təhsil və tədris üçün heç bir əhəmiyyəti olmayan məsələlərə külli miqdarda pullar sərf olunur. Konkret misal deyim. Təhsil Nazirliyinin Cocuq Mərcanlıya təşkil etdiyi media-turun təhsilin keyfiyyətinin artırılması və inkişafı üçün nə qədər rolu var? Yeni şagirdləri aparsaydılar, bunun əhəmiyyəti olardı. Şagirdlər işğaldan azad olunan ərazilərimizi görərdilər və sairə. Təhsil Nazirliyi meşədə ağac əkib, özünü reklam etdirir. Meşədə ağac əkərlər? Ağac əkmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi var da! Yalandan əllərinə bir bel alıb şəkil çəkdirmək üçün guya ağac əkirlər. Axı sizin işiniz-gücünüz ağac əkmək deyil, təhsilin keyfiyyətini artırmaqdır. Bu gün Azərbaycanda təhsilin keyfiyyəti kəskin aşağı düşüb. Nazirlik bunu qaldırmalıdır. Daha gedib şəkil çəkdirməli deyil. Şəkili müğənnilər də çəkdirirlər. Dünən Cocuq Mərcanlıya gedərkən yolboyu 15 rayondan keçmisiniz, yolda pullar xərcləmisiniz. Məgər yolda 1 nəfər şagirdi saxlayıb, problemləri ilə maraqlandınızmı? Ehtiyacı olan 1 nəfər müəllimə dedinizmi ki, nə problemin var? Ən azı bu media-tura 3-4 min manat pul xərclənib, nə qədər də vəsait silinib. Amma bunların heç bir maliyyə arayışı verilmir".

 

Image result for Kamran Əsədov

Kamran Əsəsdov qeyd edib ki, Təhsil Nazirliyi 5 min manata başa gələn modul tipli məktəbi 2 milyona hazırlayırlar:

"Mən bu qiymətə 4 mərtəbəli böyük lisey tikirəm. Mən hər dəfə deyirəm ki, Təhsil Nazirliyi tender elan etsin, ən münasib şirkətlər ortaya çıxıb işi görsünlər. Dövlət vəsaitinə də qənaət edilsin. Amma Təhsil Nazirliyi şəffaflıqdan qaçır. Buna görə də təhsilimizdə problemlər hələ də qalmaqdadır. 

Ötən dəfə oxuyuram ki, Şabranda 7-ci sinif şagirdini məktəbdə oğlanlar zorlayıblar. Bu dəhşətli faktlardır. Amma Təhsil Nazirliyi baş verənlərə heç bir reaksiya vermir. 

Yaxud da başqa bir rayonda şagird özünü asıb. Təhsil Nazirliyi heç bir açıqlama vermir ki, bu cür hadisələr nəyə görə baş verir. 

 
Bilirsiniz, dövlət büdcəsindən təhsilə ayrılan vəsait müdafiə sahəsindən sonra ikinci yerdədir. Yəni, dövlət büdcəsindən təhsilə ayrılan vəsait 3 milyard manat təşkil edir. Azərbaycanda təhsilə kifayət qədər böyük vəsait ayrılır. Təhsil Nazirliyinə ayrılan digər xərclər var ki, burada heç bir maliyyə hesabatı aparılmır. Halbuki, bu qədər böyük vəsaitlə çox problemi həll etmək mümkün idi". 

 

 
 
 
 
 
Загрузка...
Загрузка...