Cəmil Həsənli: "Azad Həsənova qarşı işin qurama olduğu göz qabağındadır"

Baxış sayı: 
50
1  
0  
Milli Şuranın sədri Cəmil Həsənli siyasi mühacir Azad Həsənovun həbs olunmasına münasibət bildirib. 
 
O, feysbuk səhifəsində bu olayı fəlakət adalndırıb: "Böyük fəlakətdir, ölkənin bütün hüquq mühafizə orqanları cinayətin içindədir. Deməli, Azad Həsənov Litvadan yeni gəlib. Can üstə olan atasına baş çəkmək, onu sağ ikən görmək məqsədi ilə gəlib. Gələrkən iki hava limanı keçib və heç birində də narkotika aparıb gətirməkdə şübhəli bilinməyib. Amma evə çatıb atasını ziyarət etdikdən sonra onu Bakı Baş Polis İdarəsinin işçiləri zorla polisə aparıb üzərindən narkotika çıxarıb. Xətai Rayon Məhkəməsi də bu saxta ittiham əsasında Azad bəy haqqında 4 aylıq həbs qəti imkan tədbiri seçib".
 
Həsənli qeyd edib ki, ittiham quramadır: "İşin qurama olduğu göz qabağındadır. Polis, prokurorluq və məhkəmədən ibarət mütəşəkkil dəstə vətəndaşa saxta cinayət işi quraşdırıblar. Azad Həsənov Müsavat Partiyasının üzvü olduğuna görə bu mütəşəkkil quldur dəstəsinin hədəfinə gəlib. Və bu andan sonra Litvadan Azərbaycana gələn və saxlanan Müsavat Partiyasının üzvü Azad Həsənovun hansı cinayətdə ittiham edildiyi bəlli olub".
 
"Təsəvvür edin, ağır xəstə yatan atasına baş çəkmək üçün hava limanından evinə gələn adam Azərbaycanda olduğu 3 saat ərzində narkotik vasitələri hazırlaması, əldə edilməsi, saxlanması, göndərilməsi, daşınması və ya satılması ilə "məşğul” olub. Böyük fəlakətdir, ölkənin bütün hüquq mühafizə orqanları cinayətin içindədir. Bu ağılla əməliyyatı keçirən orqana daha Baş Polis İdarəsi demək olmaz", - Cəmil Həsənli bildirib. 
 
Загрузка...
Загрузка...