​Cinsi əlaqəyə girdiyi kişiləri öldürən, qadınların əl dərisindən özünə paltar düzəldən… (FOTOLAR)

Baxış sayı: 
67
1  
0  

 
 
Ted Bundi
 
1974-1978 illər arasında ABŞ-ın müxtəlif yerlərində çox sayıda gənc qadını öldürmüş dəhşətli cinayətkar Ted Bundi 10 illik inkar müddətindən sonra törətdiyi 30-dan çox cinayəti etiraf etmişdi. Ali təhsilli olması və nəzakətli xarakteri onun bir cinayətkar ola biləcəyi ehtimalını ağıllara belə gətirmirdi. Ted Bundi qurbanlarına əvvəlcə təcavüz edir, daha sonra bədənlərini müxtəlif parçalara bölərək öldürürdü.
 
 
 
Pedro Lopez Monsalve
 
“Andres canavarı” ləqəbi ilə tanınan Pedro Lopez Monsalve Kolumbiya, Peru və Ekvador kimi ölkələrdə 300 uşağa təcavüz edərək öldürmüşdü. 1980-ci ildə cinayətkar tərəfindən öldürülmüş 53 uşağın cəsədi polislər tərəfindən aşkar edilmişdi. 1999-cu ildə verdiyi müsahibədə özünü “əsrin adamı” adlandıran cinayətkar bu səbəbdən azadlığa buraxılmasını tələb etmişdi.
 
 
Ed Qein
 
Anasının vəfatından sonra psixoloji sarsıntılar keçirən Ed Qein qəbiristanlıqlardan cəsədləri oğurlayaraq diriltməyə çalışırdı. Bu sayədə anasını yenidən həyata qaytara biləcəyinə inanan Ed bir müddət sonra bunun mümkünsüz olduğunu anladı. Qadın bədəninə xüsusi həssaslığı onu silsilə cinayətlər törətməyə sövq etdi. Öldürdüyü qadınların dərisinidən bir çox əşyalar hazırlayan cinayətkar, qadınların əl dərisindən özünə paltar, döş uclarından isə kəmər düzəldirmiş. O, məhkəmədə bunları sadəcə evini bəzəmək üçün etdiyini deyib.
 
 
Alien Vornos
 
ABŞ-ın ən məşhur qadın cinayətkarlarından olan Alien Vornos öldürdüyü şəxslərin cəsədlərinin tapılmaması ilə məşhurdur. Uşaq yaşlarında cinsi istismara məruz qalan Alien Vornos bir müddət sonra evdən ayrılaraq küçələrdə yaşamağa başladı. Qazancını fahişəliklə təmin edən cinayətkar cinsi əlaqəyə girdiyi kişiləri öldürərək cəsədlərini gizli yerlərə bastırırdı. Daha sonra tutularaq edam edilən cinayətkar edamına müsbət yanaşdığını, azadlığa çıxacağı təqdirdə yenə cinayətlərə davam edəcəyini demişdi.
 
 
Villiam Bonin
 
Yük maşını sürücüsü olan Villiam Bonin törətdiyi dəhşətli cinayətlərlə adından söz etdirmiş qatillərdən biridir. Sırf əyləncə üçün öldürdüyü kişilərə təcavüz edən cinayətkar tutulduğu Kaliforniya həbsxanasında zəhərli iynəylə öldürülüb. Villiam Boninin həyatı boyunca 21 nəfəri öldürdüyü ehtimal olunur.
 
 
Nazim Hacıyev
 
Minval.info

Загрузка...
Загрузка...