Cinsi istismar, işgəncə, şantaj, agent…- “Kediciklər kralı”na şok ittihamlar

Baxış sayı: 
20
1  
0  

Türkiyə Baş Prokurorluğu Adnan Oktar Camaatı ilə bağlı apardığı istintaqı başa çatdırıb.
 
Teleqraf.com xəbər verir ki, prokurorluq başa çatan istintaqın ittihamnaməsini yayımlayıb.
 
Sənəddə 171 nəfər həbs olunmuş, 226 şübhəli şəxs qismində saxlanılmış şəxsin adı yer alıb.
İttihamnamədə müttəhimlərə “cinsi istismar”, “siyasi-hərbi agentlik”, “işgəncə və şantaj” kimi 24 fərqli ittiham irəli sürülüb.
 
Qeyd edək ki, sözügedən dini qruplaşmaya rəhbərlik edən din adamı Adnan Oktar keçən il həbs olunub.
 
Müəllif: Mənsur Rəğbətoğlu

Загрузка...
Загрузка...