Cinayətkar dostlar tutuldu – Sabirabadda əməliyyat/Foto

Baxış sayı: 
84
1  
0  

Sabirabad rayonunda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan Turaninfo.org-a verilən məlumata görə, Sabirabad rayon polis şöbəsi Qaragüney polis bölməsinə ərizə ilə müraciət edən Moranlı kənd sakini Vüqar Mansurov sentyabrın 4-nə keçən gecə həyətindən “İJ Planet-3” markalı motosikletinin oğurlandığını bildirib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin motosikletin Neftçala rayonu ərazisində olduğu müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Moranlı kənd sakinləri Ramin Talıblı , Əli Əliyev və Bala Həşimxanlı kənd sakini Yengibar Məstəliyev saxlanılaraq bölməyə gətirilib.

Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayəti etiraf ediblər.

Faktla bağlı Sabirabad rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Загрузка...
Загрузка...