“Çinarə Məlikzadə yekəxanadır, onunla videolarım var” - MÜSAHİBƏ (FOTO/VİDEO)

İnternet, sosial şəbəkələr həyatımıza elə yeniliklər gətirdi ki, insanlar aylarla televiziyaya baxmasalar, yadlarına düşməz. Texnikanın yaratdığı bu dəyişikliyin müsbət təsiri istedadlı gənclərin böyük kütlələrə xitab edərək özlərini tanıtması oldu. Bunun ən bariz nümunəsi də Çinarə Məlikzadədir. Hansı ki, bu günlərdə Mustafa Ceceli ilə duet oxuyaraq, şöhrətini daha artırır.
Özü də bu fenomenlərin sayı təkcə Çinarə Məlikzadə ilə sərhədlənmir. Sırada Çinarədən daha öncə məşhurlaşan Nigar Muharrem, Sura və onların yanında xarizması ilə diqqətçəkən gitara ifaçısı Sadiq Hajı da var. Hansı ki, ortaya çıxan “cover” mahnıların ideya müəllifi bu şəxsdir.
Publika.az insanlara maraqlı olan bu fenomenlərlə söhbət gerçəkləşdirib. Sadiq Haji və Nigar Muharremin müsahibəsini təqdim edirik:
- Demək olar ki, mindiyimiz taksilərdə, müxtəlif yerlərdə sizin mahnılarınızı eşidirik. Bunlar sizin başınızı gicəlləndirmir?
Sadiq: Əksinə, hər dəfə daha yaxşı işlərlə insanların qarşısına çıxmaq istəyirəm.
Nigar: Bu, mənə motivasiya verir. Hərdən də utandırır (gülür).
 
 
- Bəs yutubun ən məhşur gənclərinin planları nələrdir?
Nigar: Hazırda mahnılar var. Hələ ki, öz yolumuzu davam edirik, gələcəkdə nə olar bilmirik.
- Professional səhnəyə gəlmək fikriniz var?
Sadiq: Sadəcə etapları keçməyə hazırlaşırıq. Mahnılar hazırlanır, fikirləşirik bunlara necə klip çəkək, sonra onları radiolara verməyi planlaşdırırıq.
- Sadiq, bir çox tanınmışlarla videolarınız var...
Sadiq: Ceyla, Çinarə Məlikzadə, Samira Allahverdi ilə videolarım var. Planım öz ideyalarımı tətbiq etməkdir. Hələ ki, duet fikirləşmirəm.
 
 
- Sizin səsinizi Yeganə Mürsəlovanın səsinə çox oxşadırlar.
Nigar: Görkəm baxımından da çox bənzəyirik.
- Türkiyədə akustik layihələr həyata keçirilir və biz orada bir çox aktrisaların necə gözəl səs tembrinə malik olduğunu görürük. Bizdə necə müraciət edənlər var?
Sadiq: Yox, bizdə yoxdur. Bir dəfə Zarina Qurbanova Mərdan Kazımovla oxumuşdu, vəssalam.
 
 
- Sadiq, sizin üçün kiminlə işləmək çətindir? Nigar, Çinarə, yoxsa Sura?
Sadiq: Hərənin bir tərəfi var ki, adam əsəbiləşir. Nigarla eyni vaxtda nələrisə hiss edib, mahnının ortasında həyata keçiririk. Çinarə də mənim kimi yekəbaşdır deyə görüntüdə “tutuzdururuq”. İlk dəfə isə Sura ilə başlamışam, onunla hər şey yaxşıdır. Mahnıları fərqli tərzdə insanlara təqdim edirik.
 
- Azərbaycanda ən çox izlənilən mahnı 22 milyon baxış sayı ilə “Omuzumda ağlayan bir sen”dir. Bu da sənin ifanda olan versiyadır. Heç olmasa yutubdan pul qazanırsınız?
Nigar: Bəli, qazanırıq. Baxmayaraq ki, gəliri azdır, ancaq vergimizi də ödəyib, pulumuzu qazanırıq. Ən çox gəlir Türkiyədən, Amerikadan gəlir.
 
- Aleyna Tilkiyə məşhurluq gətirən türkiyəli dicey Emrah Karaduman sizin mahnınızı almaq istəyib...
Nigar: O, bizi aldatmaq istədi.
Sadiq: İstəyirdi ki, bizdən istifadə edib, pul qazansın. Yüz faizlik gəlirin hamısını özünə götürsün, biz də bununla razı olmadıq.
 
 
Nigar: Düzdür, çox istərdim onun adıyla mənim adım yan-yana gəlsin, bu, mənim üçün yaxşı reklam idi. Ancaq sadəcə adımızı çəkib, özü gəlir götürəcəkdi deyə, razılaşmadıq.
- Sizə yeni işlərinizdə uğurlar
Nigar: Xoş oldu, minnətdaram.
Sadiq: Biz təşəkkür edirik.

Загрузка...
Загрузка...