Çin müsəlmanlara divan tutur -3 milyon uyğur türkü həbsxanalara atılıb

Baxış sayı: 
79
1  
1  

 
Kommunistlər isə islam ekstremistləri ilə mübarizədən danışır
“Reuters” agentliyinin xəbərində bildirilir ki, cümə günü ABŞ Çini “vətənpərvərlik tərbiyəsi düşərgələrinə" görə yenidən və daha sərt şəkildə ittiham edib.
 
Bəllidir ki, bu düşərgələrdə saxlanılanların əksəriyyəti uyğurlar və digər müsəlman azlıqlardir. Düşərgə adlandırılan həmin həbsxanalarda qazaxlar və qırğızlar da var. Çin müsəlmanlarının əksəriyyəti ölkənin ən böyük reqionlarından biri olan Sincanda yaşayır. Uyğurlar min illərdir ki, bu ərazidə məskunlaşıb və region əhalisinin əksəriyyətini təşkil edir. Ancaq Çin regionun etnik tərkibini dəyişmək üçün buraya çinliləri köçürməkdə davam edir.
 
Uyğurların yaşadığı bu region təkcə böyük əraziyə malik deyil. Bölgə həm də neft və təbii qazla zəngindir. Bu səbəbdən rəsmi Çin uyğurlar arasında mümkün separatçı əhval-ruhiyyədən narahatdır.
 
Rəsmi Çin bu düşərgələri “professional hazırlıq mərkəzləri” adlandırır. Və bildirir ki, Çin bu yolla İslam ekstremizminə qarşı mübarizə aparır.
 
Bu problem barədə beynəlxalq media qurumları dəfələrlə yazıb. Çin rəsmiləri bu kimi xəbərlərin gündəmə gəlməsinə son dərəcə ağrılı və aqressiv reaksiya verir. Ancaq vəziyyətin dəyişməsi üçün müvafiq addımlar atmır.
 
“Reuters”in xəbərində qeyd olunur ki, ABŞ Müdafiə Departamentinin Asiya üzrə rəhbəri Randall Schriverin bu məsələ ilə bağlı açıqlaması rəsmi Pekin ilə Vaşinqton arasında gərginliyi daha da artıracaq.
 
Çinin “vətənpərvərlik tərbiyəsi düşərgə"sində saxlanılmış keçmiş məhbuslar agentliyə bildirib ki, onlar mütəmadi olaraq həmin düşərgələrdə döyülüblər, qəddar şərtlər altında yaşamaq zorunda qalıblar. Amansız münasibətə dözməyənlər isə özlərini asırdı.
 
Pentaqonu təmsil edən Randall Schriverin deyib ki, Çin Kommunist Partiyası güc strukturlarının köməyi ilə yerli müsəlmanları bu kimi düşərgələrə doldurub və hazırda həmin düşərgələrdə saxlanılan müsəlmanların sayının 3 milyon nəfər olduğu ehtimal edilir.
 
https://www.reuters.com/article/us-usa-china-concentrationcamps/china-pu...
 
Elbəyi Həsənli, Musavat.com

Загрузка...
Загрузка...