Çin Kommunist partiyasının devrilən baş katibinin qalıqlarını 14 il sonra basdırdılar

Baxış sayı: 
38
2  
0  

 
Çinin keçmiş liderlərindən, 2005-ci ildə vəfat etmiş Çjao Tzıyanın cəsədinin qalıqları yalnız 14 il sonra torpağa tapşırılıb.
 
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Kommunist partiyasının keçmiş baş katibi paytaxt Pekinin şimalında bir məzarlıqda dəfn edilib. Həmin mərasimdə mərhumun yalnız yaxınlarının iştirak etməsinə icazə verilib.
 
Xəbəri “BBC News”a müsahibəsində onun qızı Van Yannan da təsdiq edib. Onun sözlərinə görə, yaxın qohumlarının hakimiyyət tərəfindən dəfnə buraxılması məsələsi son ana qədər açıq qalıb.
 
“The New York Times” qəzeti isə bunu Çjao Tzıyan ailəsi üçün kiçik qələbə adlandırıb. Belə ki, Çin dövləti onun yandırılaraq yüksək rütbəli dövlət məmurlarının olduğu məzarlığa aparılmasını istəyibmiş.
 
Qeyd etmək lazımdır ki, keçmiş baş katib Çin tarixinin ən böyük islahatçıarından, ölkənin azad bazar iqtisadiyyatına keçidin memarlarından sayılır. O, yüksək postu 1987-1989-cu illərdə tutub. Qərbdə onu ən liberal və açıqfikirli baş katiblərdən biri olaraq tanıyıblar və hətta “Çin Qorbaçovu” adlandırıblar.
 
Çjao Tzıyan 1989-cu ildə tələbələrin Pekinin Tyanmen meydanında keçirdiyi aksiyalara dəstək verməsi səbəbindən vəzifədən azad edilib. Daha doğrusu o, siyasi gərginliyin dinc şəkildə nizamlanması tərəfdarı olub. Nəticədə güc variantının tərəfdarları qalib gəlib və Çjan Tzıyan partiya rəhbərliyindən uzaqlaşdırılıb. İlkin dövrdlərdə onun ev həbsi şəraitində yaşadığı da bilinməkdədir.
Musavat.com

Загрузка...
Загрузка...