Çılpaq videosu yayılan qızları tənqid edən Xoşqədəmə ağır cavab: “Ərin kamera qarşısında lüt…” – Qalmaqal

Baxış sayı: 
368
3  
0  

Bir neçə gündür gündəmi zəbt edən video ilə bağlı müzakirələr davam edir.
 
Yayılan görüntülərdə 3 gənc xanım tamamilə lüt şəkildə videoya çəkilib. Onlar içkinin təsiri altında meyxana deyərək rəqs ediblər. Qızları lentə alan şəxsin isə xanımları içki içməyə təhrik etdiyi aydın görünür.
 
Minval.info xəbər verir ki, qalmaqallı hadisəyə tanınmış jurnalist Ülviyyə Alovlu da münasibət bildirib. Saytımıza danışan həmkarımız qalmaqallı sözlər işlətməkdən çəkinməyib.
 
Ü.Alovlu ilk olaraq aparıcı Xoşqədəm Hidayətqızının videosu yayılan məlum üç qız haqda, “Onları elə etmək lazımdır ki, insan içinə çıxmağa üzləri olmasın” sözlərinə cavab verib:
 
“Mən demirəm ki, qızlar düz hərəkət ediblər. Bəli, mental dəyərlər baxımından o xanımlar öz əməlləri ilə gənc ömürlərini, təmiz adlarını puç etdilər.
 
 
Ülviyyə Alovlu
 
Amma maarifləndirmədən danışan xanım, sənin heç səhvin olmadımı? Ya bəlkə, ərin Doğuş kamera qarşısında heç çılpaq poz vermədimi? Bəs, onda onu niyə bağışladın? Ona ər, övladlarına ata olmaq statusu verdin? Bu gənc qızların da ikinci şansa, səhvlərini anlayıb bağışlanmağa haqqları yoxdurmu?”
 
Həmkarımız xalq artisti Flora Kərimovanın da sözlərinə qalmaqallı cavab verib: “F.Kərimova “Sabah bizim, millət olaraq, namusdan söz düşəndə oğullarımızın üzünə sillə kimi bu videonu çırpacaqlar ki, sənin “qadının” budur, sənin “kişin” budur, sənin “qeyrətin-namusun” budur?! – deyərək, məlum video səbəbkarlarını rəzil edib.
 
 
Ey hörmətli xalq artisti, milyonluq Azərbaycan televiziyasının efirində jurnalistin: “Evli kişilərin ailəsini dağıtmısınız, özünüzə ər etmisiniz” kimi bitməmiş sualına “Yaxşı arvadın əri ailədən getməzdi” –  deyərək, özünə bəraət qazandıran, “efirdə ilk dəfə dekolteli libası mən geyinmişəm” – deyərək fəxrlə döşünə döyən, bu ahıl yaşında çılpaq halda hamam vannasına uzanaraq kameralara poz verən də siz deyildinizmi? İndi cəmiyyətdə baş alıb gedən əxlaqsızlıq toxumunun kökünümü axtarırsınız? O toxumu səpən siz və sizin kimilər olmadımı? Amma indi necə oldu ki, sizə dad, onlara bidad?
 
Ötən ay Prezidentimizin əfv fərmanı ilə vaxtilə qətl törətmiş cinayətkarlar belə əfv edildi.
 
Bu qızlar hansı qətlin, cinayətin səbəbkarı oldu ki?
 
Nə etdilərsə, özlərinə etdilər…
 
Axı, niyə onsuz da əməllərindən bədbəxt olmuş o 3 qadın hesabına indi siz – tv və sənət divaları özünüzü mənəviyyat polisi kimi aparıb, bundan riyakarlıqla istifadə edirsiniz?
 
Bu çıxışlarınızla o qadınları niyə intihara sürükləyir, qohum-qardaşlarını niyə cinayətə sövq edirsiniz? Heç vicdanınız, insafınız qalmadımı? Yoxsa o baxdığınız eynəklər öz eyiblərinizdən o qədər ləkəlidir ki, hamını rəzil və rüsvay görürsünüz? Budurmu maarifləndirmə? Budurmu tərbiyyə?
 
Minval.info

Загрузка...
Загрузка...