​Çılpaq videosu yayılan qızlardan biri danışdı:”Yaxın aylarda toyum olacaqdı”

Baxış sayı: 
345
2  
0  

 
Qızların çılpaq videosunun yayılması ilə bağlı hadisənin təfərrüatları bəlli olub.
 
Medianews.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsindən “qafqazinfo”ya daxil olan məlumata görə, hadisənin bütün iştirakçıları 3 qız və 2 kişi idarədə izahat veriblər.
İlkin olaraq məlum olub ki, hadisə Səngəçal qəsəbəsində yerləşən bağ evində baş verib. Belə ki, olayın “qəhrəmanı” Cahid Kərimov adlı şəxs yeni aldığı “Range Rover” markalı 90 SA 888 nömrəli avtomobili “yumaq” üçün məclis təşkil edib. Və həmin məclisə 2 illik tanışı olan Xatirə adlı qızı dəvət edib. Xatirə tədbirə iki rəfiqəsini də götürərək qatılıb. Onlar normadan artıq viski qəbul ediblər və içkinin təsiri altında Cahidin təklifi ilə soyunaraq meyxana deyiblər.
 
Qızlar polisə ifadələrində videonun yayılmasından ciddi narahatlıq keçirdiklərini, buna görə şikayətçi olduqlarını bildiriblər. Qızlardan biri hətta nişanlı olduğunu, yaxın aylarda ailə quracağını qeyd edib. Eyni zamanda, onlar Cahid və İsrafillə cinsi əlaqədə olmadıqlarını da əlavə ediblər.
 
İzahatları alındıqdan sonra qızlar sərbəst buraxılıb. Hadisənin kişi iştirakçıları ilə bağlı isə araşdırmalardan sonra müvafiq tədbir görüləcək.

Загрузка...
Загрузка...