“Cəhənnəmi yaşayıram, PKK məni öldürmək istəyir” - DÜNYA ŞÖHRƏTLİ PİANOÇU

Baxış sayı: 
97
1  
0  

Hurriyyet.org xəbər verir ki, fransız pianoçu və bəstəkar Stefan Blet sosial media vasitəsi ilə ölümlə təhdid edildiyi üçün məhkəməyə şikayət edib. Müraciətlə bağlı “Anadolu Agentliyi”nə müsahibə verən Blet deyib: “Bir neçə aydır ki, bir cəhənnəmi yaşayıram. Çünki eyni zamanda PKK məni öldürmək istəyir. Fransada və İsraildə “ultrasionist” qruplar var və təbii ki, “antisionist” olduğum və fələstinlilərin xeyrinə çox konsert verdiyim üçün məni öldürmək istəyirlər”.
 
Anadolu Prokurorluğuna müraciət edən Fransa vətəndaşı Blet ərizəsində Türkiyənin Afrin əməliyyatında motivasiya olmaları üçün konsert verərək, televiziya verilişlərində çıxış edərək türk əsgərlərini dəstəklədiyini qeyd edib. O, prezident R.T.Ərdoğan tərəfindən tərifləndiyi halda, Fransa, İsrail, Amerika və Türkiyədəki bəzi yəhudilər və PKK tərəfdarlarından “Facebook”, “Instagram” və “Twitter” hesabları tərəfindən təhdid aldığını bildirib: “Məni və ailəmi ölümlə təhdid, həqarət və hədəf göstərmək məqsədilə bir çox yazılar və videolar paylaşılıb. Həyatım təhlükədədir”.
 
Blet, 2018-ci il dekabrın 11-dən etibarən edilən paylaşmaları da dəlil olaraq prokurorluğa təqdim edib, tədidçilərin cəzalandırılmasını tələb edib.
 
Hurriyyet.org

Загрузка...
Загрузка...