Çezare Prandelli: "Bir neçə dostumu itirmişəm"

Baxış sayı: 
74
2  
0  
Başsız qalan Azərbaycan millisini çalışdıra biləcək namizədlərdən sayılan Çezare Prandelli İtaliyada koronavirusla bağlı yaranan vəziyyətdən danışıb. 
 
Fanat.Az xəbər verir ki, o, durumun çox ağır olduğunu bildirib:
 
"Çox çətin anlar yaşayırıq. Bunlar ürəkaçan şeylər deyil, qəbul etmək mümkün olmur.  Anamızı, bacımızı, dostlarımızı görə bilmirik. İtaliyada çox fədakarlıq göstərən, həyatını təhlükəyə atan insanlar var. Evdə qalmaqdan şikayət etməməliyik. Sevdiyin insanlarla fiziki təmasda ola bilmirsən. Bunları izah etmək çətindir. Xüsusən də yaşlı insanlar üçün çox çətin dövrdür. Onlar həyatlarının sonları daha yaxşı keçirməlidirlər. Ancaq baxırsan ki, yalnız ölürlər. Heç yaxınları ilə vidalaşa bilmirlər. Kənddə artıq bir neçə dostumu itirmişəm. Yaxın qohumlarım da eyni təhlükəni yaşayır. Hər gün bacılarımdan anamı soruşuram. Futbolun dayanmağı hazırda o qədər də böyük problem deyil. İnsanların sağalması üçün həll yolunu tapmalıyıq”.
Загрузка...
Загрузка...