CENTCOM ilə ingilis generalı bir-birini təkzib etdilər - Söhbət İraqdakı şiə milislərindən gedir

Baxış sayı: 
25
1  
0  

Hurriyyet.org xəbər verir ki, İŞİD-ə qarşı koalisiyanın komandirinin köməkçisi, ingilis general-mayor Kris Qika ABŞ hakimiyyətinin İranın Suriya və İraqda ABŞ-a məxsus hədəflərə hücuma hazırlaşdığı barəsində iddiaları təkzib edib. Pentaqonla videokonfrans vasitəsi ilə əlaqə saxlayaraq, İranın dəstəklədiyi şiə milislərin vəziyyətində dəyişiklik olmadığını söyləyib. O, İranın dəstəklədiyi qüvvələrin Amerika hərbçilərinə qarşı artan təhdid olmadığını deyib.
 
Bunun qarşılığında isə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat katibi polkovnik Bill Urban yazılı açıqlama verərək, ingilis generalın dediklərini təkzib edib: “Koalisiya komandirinin köməkçisinin açıqlamaları, İran dəstəkli qüvvələrin bölgədəki təhdidləri ilə bağlı ABŞ və müttəfiqlərinin əlində olan kəşfiyyat məlumatlarına ziddir”. Bu kəşfiyyat məlumatının mənbəyinin İsrail olduğu bildirilir.
 
Bill Urban deyib: “ABŞ Mərkəzi Qüvvələr Komandanlığı İŞİD-ə qarşı koalisiya ilə koordinasiyalı şəkildə İraq və Suriyada koalisiya qüvvələrində xidmət edən hərbçilərin təhlükəsizlik tədbirlərini artırıb. Etibarlı mənbələrdən aldığımız məlumatlar sayəsində İraqda Amerika qüvvələrinə qarşı mövcud təhdidlərdən xəbərdarıq”.
 
Vaşinqton ilə koalisiyanın İran təhdidi məsələsi ilə bağlı mövqelərinin ziddiyyəti barəsində sualın cavabında Kris Qika belə deyib: “Bağdada gəlin, sizə təhdidin olub-olmadığını göstərək”.

Загрузка...
Загрузка...