Çempionlar Liqasında TARİXİ GECƏ: "Barselona" İngiltərədə PARÇA-PARÇA OLDU - VİDEO

Baxış sayı: 
79
1  
0  

Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənib.
 
Publika.az xəbər verir ki, yarımfinalın cavab matçında "Liverpul" öz meydanında "Barselona"nı 4 cavabsız qolla məğlub edib.
 
İlk oyunda 3:0 hesabı ilə məğlub olan İngiltərə təmsilçisi ilk finalçı olub. Beləliklə, "Liverpul" ardıcıl ikinci mövsüm finala yüksəlib.
 
Qeyd edək ki, mayın 8-də keçiriləcək yarımfinalın digər cavab matçında "Ayaks" "Tottenhem"i qəbul edəcək. Londonda keçirilən ilk oyun "Ayaks"ın 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.
 
"Liverpul" (İngiltərə) - "Barselona" (İspaniya) - 4:0
Qollar: Origi, 7 (1:0), Veynaldum, 54 (2:0), 56 (3:0), Origi, 79 (4:0)
İlk oyun - 0:3

Загрузка...
Загрузка...