​Cem Yılmaz paylaşımına görə “yaltaq” və “hiyləgər” adlandırıldı

Baxış sayı: 
75
0  
0  

Müğənni Hilal Cebeci İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Ekrem İmamoğlunu təbrik edən aktyor Cem Yılmazı kəskin şəkildə tənqid edib.
 
Minval.info xəbər verir ki, tanınmış gülüş ustası dünən tvitter hesabında təbrik postu paylaşıb.
 
O, “Hörmətli Ekrem İmamoğlu başqanımızı təbrik edir, İstanbul və hamımız üçün gözəl günlər diləyirəm. Allaha şükür, bələdiyyədən “bir konsert”, “bizim bir tarla işimiz var”, “sənəd işimiz nə oldu?” kimi tələblər edən deyiləm və heç olmadım. Və bizdən çox var. Təbrik edirəm, başqanım” – yazıb.
 
 
 
Müğənni H.Cebeci isə bu paylaşımına görə, Cem Yılmazın ünvanına “mənfəətçi və hiyləgər” sözlərini yazıb:
 
“Ölkədə olub-bitənə hər zaman səssiz qalan Cem Yılmaz Ekrem İmamoğlunu təbrik etmiş. Sən gözümdən düşmüşdün, daha da düşdün. Hamınız mənfəətçi insanlarsınız. Qocaman iki çinar Metin Akpınar və Müjdat Gezeni səhər tezdən evlərindən aprdılar, səsiniz çıxmadı. Hiyləgər… Danışacaq çox söz var, amma susuram. Heç ummadığımız insanlar yaltaq çıxanda xəyal qırıqlığı yaşayırıq”.

Загрузка...
Загрузка...