Çeçenistan vətəndaşı Sumqayıtda qətlə yetirildi

Baxış sayı: 
23
1  
0  

Sumqayıtda bir necə saat əvvəl qətl hadisəsi törədilib. Hadisə şəhərin sənaye zonasında “SOCAR Karbamid” zavodunun yaxınlığında baş verib.
 
Publika.az xəbər verir ki, 1975-ci il təvəllüdlü Rusiya Federasiyası Çeçenistan Respublikasının vətəndaşı Bislan Bakayev münaqişə zəminində hələlik şəxsiyyəti məlum olmayan şəxs tərəfindən qətlə yetirilib.
 
B. Bakayev ürək nahiyəsindən 1 və qulaq hissəsindən 2 bıçaq zərbəsi alıb. Onu bıçaqlayan şəxs hadisə yerindən qaçıb. Qətli törədən şəxsin saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir.
 
Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Загрузка...
Загрузка...