​Çeçen “qanuni oğru” “Lotu Quli”nin kriminal imperatorluğunu zor gücünə ələ keçirmək istəyir

Baxış sayı: 
116
3  
0  

 
 
Çeçenistanlı “qanuni oğru” Əhməd Dombayev (Şalinski) kriminal aləmdə “Lotu Quli” kimi tanınan “qanuni oğru” Nadir Səlifovun kriminal imperatorluğuna zor gücü ilə yiyələnmək istəyir.
 
Bu barədə Ura.ru “Telegram” kanalında məlumat verir.
Hazırda o, Çelyabinsk bölgəsindəki nüfuzunu aktiv şəkildə artırır və “Cənubi Uralın nəzarətçisi” statusuna sahibdir. Başqa bölgələrdə dəstək almağı bacarsa, mərhumun irsi üçün “Lotu Qulinin” qardaşı “Namiq Bakinski” ləqəbi ilə tanınan Namiq Səlifov ilə rəqabət edə bilər. Ə.Dombayev meyvə, qoz-fındıq və tərəvəz satışına gələn pul axınlarına göz dikib, buna görə də qarşıdurmalara səbəb ola biləcək qəti addımlara hazırdır.
 
Avqustun 20-də “Lotu Quli” kriminal imperatorluğu üçün üç iddiaçı barədə xəbər verilib: qətlə yetirilən “Ded Xasan”ın qardaşı oğlu 47 yaşlı Georqi Akoyev (“Giya Sverdlovski”), hazırda Ukraynada yaşayan 65 yaşlı Avtandil Kobeşavidze (“Avto”) və 39 yaşlı Əhməd Dombayev.
 
Lakin “Lotu Quli”nin varisi Namiq Səlifov sayılır. “Qanuni oğru”lar Merab Mzarelua və Masi Qvaramiyanın barışması onun nüfuzunu artırıb və qeyd-şərtsiz lider statusunu təmin edib.

Загрузка...
Загрузка...