CAVİD QURBANOV MİLYONLARI OFŞORA BU YOLLA ÖTÜRÜB - Baş dəmiryolçu haqda SENSASİON FAKT / FOTOLAR

Baxış sayı: 
1 424
1  
0  

Azərbaycan oliqarxları üçün Estoniya "paltaryuyanının" üstü açılıb...
 
 
 
Avropanın ən böyük "paltaryuyanlarından" biri olduğu məlum olan Danimarkanın Danske Bank-ı ilə bağlı səs-küyə səbəb olan qalmaqal getdikcə artır. Danske Bank-ın daxili nəzarət üzrə direktoru istefa verib, o, şirkətin Estoniyalı "qızının" maliyyə maxinasiyaları haqqında davam edən araşdırma ilə əlaqədar rəhbər vəzifəni tərk etmək məcburiyyətində qalan dördüncü əməkdaş oldu.
 
"Maliyyə maxinasiyaları" dedikdə bankın Estoniya filialının Azərbaycan və Rusiyadan qanunsuz olaraq çıxarılan böyük vəsaiti yuması haqqında cinayət işi nəzərdə tutulur. Ötən həftə isə Hermitage Capital Fondunun təsisçisi və icraçı direktoru Uilyam Brauder Danimarka Prokurorluğuna Danske Bank-a (DB) qarşı cinayət işi açılması haqqında ərizə verib. Bu barədə The Financial Times məlumat yayıb. Ərizədə Danimarka bankının Rusiya büdcəsindən oğurlanmış 230 mln. dolların yuyulmasında iştirak etdiyi iddia olunur.
 
DB-nin Pribaltika filialı ötən il qalmaqalın mərkəzində idi, həmin vaxt araşdırmalar zamanı xarici şirkətlərlə bağlı şübhəli tranzaksiya faktları üzə çıxmışdı. Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi (OCCRP) tərəfindən yayılmış materiallar isə şübhələr üçün ciddi səbəb oldu. Bu materiallarda Rusiya, Ukrayna və Azərbaycan siyasətçilərinin, yüksək vəzifəli məmurlarının adları keçirdi, pulların yuyulması sxemləri açıqlanırdı.
 
Danimarkanın Berlingske, Almaniyanın Süddeutsche Zeitung, Fransanın Le Monde, Britaniyanın The Guardian qəzetlərinin jurnalistləri öz araşdırmalarını aparıblar. Necə deyərlər, "dərinə getdikcə, altından daha çox şey çıxır": material müəllifləri nə qədər dərinə getsələr, bu Danimarka bankında şübhəli sövdələşmələrin məbləğləri bir o qədər böyüyürdü. Avropada çirkli pulların yuyulması ilə bağlı böyük qalmaqalın miqyası iki dəfə artdı - əvvəlcə yuyulmuş vəsaitin məbləği 25 mlrd. Danimarka kronu (təxminən 3,9 mlrd. dollar) olaraq qiymətləndirilirdi, deyə İsveçrənin Neue Zürcher Zeitung nəşrinin jurnalisti İnqrid Meyssl Arebo məlumat verir. Sonradan məbləğ 8,3 mlrd. dollara çatdı. 2007-2015-ci illərdə DB-nin Estoniya filialında hesabları olan təxminən 20 müəssisənin sənədləri tədqiq edilib.
 
Həmin vaxt insayderin verdiyi məlumata görə, Pribaltika filialında şübhəli ödənişlərin həyata keçirildiyi bir neçə hesabın arxasında "şübhəli müştərilərin" gizləndiyini bilirdilər. Onlar arasında guya Putinin ailə üzvləri, habelə Rusiya FTX-nin nümayəndələri var idi. Xüsusən, prezidentin əmisi oğlu İqor Putinin adı çəkilir. Məlumat sahibinin ehtimalına görə, Estoniya bankı özü cinayətkar maxinasiyalara cəlb edilmişdi və pulların yuyulmasında fəal şəkildə iştirak edirdi.
 
Amma araşdırmada kifayət qədər məşhur Azərbaycan soyadları və sahibləri Azərbaycan oliqarxları olan şirkətlərdən çox böyük məbləğdə köçürmələr də aşkar edilib. Äripäev qəzetinin məlumatına görə, Estoniyada "paltaryuyan maşın" Danske Bank-ın yerli filialında Böyük Britaniyada qeydiyyatda olan, amma ünvanı Azərbaycanın paytaxtı Bakıda olan 4 şirkətin hesablarından köçürülmüş 2,5 milyard avronu yuyub. Bu şirkətlər Polux Management LP, Hilux Services LP, Metastar Invest LLP və LCM Alliance LLP adlanır, amma onlar haqqında məlumat çox azdır. Britaniyanın firmalar reyestrinə əsasən, bu dörd şirkətin sahibi ofşor şirkətlərdir, real mülkiyyətçilər haqqında məlumat isə gizlidir.
 
Danimarkanın iqtisadiyyat naziri Rasmus Yarlov hadisəni "Danimarka bank sektoru üçün "bədnam ləkə" adlandırıb və bildirib ki, DB ətrafında qalmaqalda yeni ifşalarla maliyyə nəzarəti müəssisəsi məşğul olacaq. Danske Bank maxinasiyalarda yarım milyarda yaxın Danimarka kronu qazanıb, bu, indi DB-nin Estoniya filialında uzun illər ərzində çox böyük gəlir qeydə alınmasının səbəbini izah edir.
 
Bu gün əsas məsələ bankın pulların yuyulması sxemində şüurlu şəkildə, böyük gəlir əldə etməklə iştirak etməsi, yoxsa rəhbərliyin səhvi ucbatından onun elementinə çevrilməsidir. Araşdırma ilə əlaqədar Estoniya filialının bütün rəhbərliyi işdən çıxarılıb və ya kənarlaşdırılıb. Araşdırma rəhbərliyin qanunsuz əməllərinin şüurlu şəkildə törədildiyini üzə çıxarsa, bank işi polisə vrəcək. Danske Bank ehtimal olunan Azərbaycan və Rusiyadan qanunsuz çıxarılan böyük vəsaitin yuyulması haqqında işin bu ilin sentyabrında cəlb edilmiş firmalar tərəfindən həyata keçirilmiş araşdırma haqqında hesabatın dərc edilməsi ilə yekunlaşacağına ümid edir.
 
 
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədrini məlum “Panama Papers” qalmaqalı ilə nə bağlayıb?
 
Noyabrın əvvəlində Azərbaycan mətbuatında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun “TOPAZ”ın səhmlərinin 51 faizinə 38 milyon manat ödədiyi haqda informasiya yayıldı. Bildirildi ki, 8 ilə yaxındır Azərbaycanın idman mərc oyunlarının təşkilinə investisiya yatıran "Turkcell” şirkəti "Azerinteltek”dəki payını "Baltech Investment LLC”-yə satıb. Hansı ki, bu haqda ilk olaraq Türkiyənin nüfuzlu haberler.com portalı oktyabrın 30-da “Turkcell” şirkətinə istinadən açıqlama verdi...
 
Xatırladaq ki, məlum alqı-satqı anlaşmasınadək “TOPAZ”ın səhmlərinin 51 faizi “Turkcell” şirkətinə, 24,5 “Baltech Investment LLC”-yə, qalan 24,5 faizi isə “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova (“Lider” şirkətinə) məxsus olub.
 
Mətbuatda isə "Baltech Investment LLC”-nin sahibinin əslində Azərbaycan məmurlarından biri, məhz Cavid Qurbanov olduğu vurğulandı. İddia olundu ki, baş dəmiryolçu “TOPAZ”ın səhmlərinin 75 faizindən də çox hissəsinə sahib çıxmaqla, bir növ Azərbaycanın mərc oyunlarına nəzarəti ələ alıb: “Belə anlaşılır ki, Azərbaycanda mərc oyunlarına nəzarəti ələ almaq istəyən Cavid Qurbanovun "Baltech Investment LLC” vasitəsilə "Turkcell"ə etdiyi təklif qarşı tərəf üçün də cəlbedici olduğundan, öz səhmlərini satmağa razılaşıb. Beləlikə də C.Qurbanov Azərbaycanın “qumar karlı” olmaq iddiasını gerçəkləşdirə bilib”.
 
Bu günlərdə Suveren.az mətbuatda dərc olunan məlum informasiya əsasında araşdırma apararaq, daha ciddi və sensasion faktlar əldə edib. Bu yazımızda oxucularımızı həmin faktlarla tanış edəcəyik.
 
Suveren.az-ın əldə etdiyi məlumata görə, “Baltech Investment LLC” şirkətinin qeyri-rəsmi sahibi "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, deputat Cavid Qurbanovdur. Təbii ki, bunu rəsmi sənədlərlə təsdiq etmək mümkün deyil. Amma əlimizdə elə ciddi sənədlər var ki, həmin faktlarla tanış olan kimsə bu şirkətin - “Baltech Investment LLC”-nin C.Qurbanova məxsus olduğunu inkar edə bilməz.
 
Hələlik onu qeyd edək ki, “Baltech Investment LLC” şirlkətinin rəsmi təsisçi Türkiyə vətəndaşı Bülent Karanidir. Bu isim Azərbaycan oxucusuna, eləcə də inşaat sektorunda çalışan insanlara tanışdır. Çünki B.Karani 2012-ci ilədək “Azərinşaatservis” MMC-nin rəhbəri olub. “Beynəlxalq Bank işi”ndə adı keçən və Azərbaycan dövlətinin külli miqdarda vəsaitini mənimsəməkdə ittiham olunan Bülent Karani 6 ildən çoxdur ki, ölkəmizdə axtarışdadır. Onun hələ “Azərinşaatservis” MMC-yə rəhbərlik etdiyi illərdən Cavid Qurbanovla biznes ortaqlığı olduğu deyilirdi. İddia olunurdu ki, məhz ikincinin hesabına dövlət büdcəsindən, beynəlxalq maliyyə institutlarından, Dövlət Neft Fondundan maliyyələşdirilən yol-infrastruktur layihələrinin əksəriyyətində podratçı kimi Karaninin rəhbərlik etdiyi şirkət çıxış edib. Lakin 2012-ci ildə şirkətin rəhbəri, Türkiyə vətəndaşı olan Bülent Karani müəmmalı şəkildə gecə ikən Azərbaycandan qaçıb…
 
“Beynəlxalq Bank işi”ni araşdırdıqda məlum olur ki, Bülent Karaninin rəhbərliyi dönəmində “Azərinşaatservis” MMC bu bankdan ən azı 250 milyon manat kredit götürüb. Bu vəsaitin geri qaytarılıb-qaytarılmadığı bəlli deyil. Lakin məhkəmədə “Azərinşaatservis”in “Azərbaycanda yol tikintisi ilə məşğul olan ən böyük şirkətlərdən biri” olduğunu ifadə edən Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev də bu şirkətə 250 milyon manat kredit verildiyini təsdiqləyib.
 
Ən maraqlısı isə odur ki, “Azərinşaatservis” MMC-nin keçmiş rəhbərinin adı 2012-ci ildə bütün dünyanın gündəmini dəyişən “Panama Papers” sənədlərində də öz əksini tapıb. Hansı ki, hələ də bir çox xarici saytlarda Bülent Karaninin ofşor zonalara milyonlarla dollar çıxarmasından bəhs edən faktlar qalmaqdadır. Təbii ki, B.Karani bu pulları “Azərinşaatservis” MMC-nin rəhbəri kimi deyil, “Baltech Investment LLC” şirlkətinin rəsmi təsisçi olaraq Azərbaycandan çıxarmaqda ittiham olunur(FOTOLAR).
 
 
 
 
 
Yeri gəlmişkən, görünür, “Baltech Investment LLC” şirlkəti vaxtilə (bəlkə, elə indi də – müəl.) çirkli pulların yuyulması ilə məşğul olduğundan, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri də bu şirkətlə ortaqlığını, daha dəqiq desək, həmin şirkətin qeyri-rəsmi sahibi olduğunu inkar etməkdədir.
 
Əlbttə, Cavid Qurbanovun Bülent Karani ilə biznes ortağı olduğunu inkar etməsi başadüşüləndir. Hətta deyə bilər ki, B.Karani “Azərinşaatservis” MMC-yə rəhbərlik etdiyi dönəmdə nəqliyyat sahəsinin şefi o deyil, Ziya Məmmədov olub, 2012-ci ildə Azərbaycandan qaçan iş adamı da sabiq nazirə bağlı olub. Necə ki, vaxtilə bəzi saytlar da məqsədli şəkildə Bülent Karanini Ziya Məmmədovun biznes ortağı kimi təqdim edirdilər. Amma bu gün Z.Məmmədov heç bir vəzifə daşımır və keçmiş rəsmi və qeyri-rəsmi imtiyazları əlindən alınıb. Bəs o halda Azərbaycan dövlətinin külli miqdarda vəsaitini mənimsəməkdə ittiham olunan, konkret olaraq “Beynəlxalq Bank işi”ndə adı keçən və barəsində axtarış elan edilən Bülent Karani ölkəmizə sərbəst çəkildə necə gəlib-gedir?! Üstəlik, axı o, oktaybr ayında – “Türkcell” şirkətinin "Azerinteltek”dəki 51 faizlik səhmini satışa çıxardığı ərəfədə Azərbaycanda Ziya Məmmədovla görüşə gəlməmişdi…

 

Загрузка...
Загрузка...