Çaqqallar

Baxış sayı: 
137
8  
0  

 Uşağınız buraxılış imtahanlarından gözlədiyiniz nəticəni toplaya bilmirsə günah kimdədir?
Valideyn iki il davamlı olaraq övladını repetitor yanına hazırlığa göndərirsə, müəllimin zəhmət haqqını əvvəlcədən yəni ilk dərsdən  ödəyirsə, (aylığı minimum 200 manatdan başlayaraq 350 manata qədər) sonunda maksimum bal toplaya bilmirsə...
Xəbər başlıqları çıxır: Uşaq intihar etdi. Uşaq özünü asdı. Uşaq evdən qaçdı...
Bəlkə valideynlər intihar etsin?
 Məncə yox, bu ölkədə intihara layiq olan səbəbkarlar varsa, o da dələduzluqla məşğul olan qaz vurub qazan dolduran dırnaqarası müəllimlərdir.
Amma o qədər bədbəxt millətik ki, uzun zamandır ucuzlaşmış şərəf, ləyaqət və vicdana bir göz qırpımında nail olan şəxsiyyətsiz müəllimlər ölməyi heç vaxt seçməzlər.
Daima ölkə rəhbərliyini tənqid edərlər ki, xalqı bədbəxt edir. Həmrəy oluruq.
Bəs Siz? Siz xalqı xoşbəxtmi edirsiniz?
Həmrəng oluruq?
Yanılırsınız.
 Biz də müəllimik. Öncə İnsanıq. Nə bir valideyni  aldatdıq, nə  də bir şirinlik davası etdik. Kimsənin cibində, mal-mülkündə gözümüz olmadı, soyğunçuluq adı ilə evə çörək aparmadıq, qürurcasına lovğalanaraq  dişlərimizi ağartmadıq. Çünki...
Qulağıma Çaqqalların vahiməsiz  ulartısı gəlir...
Abituriyentləriniz yoxdur?
 
Kredit borclarınızı ödəyə bilmirsiniz?
Acsınız?
Narahat olmayın, yediklərinizi də zaman-zaman qaytaracaqsınız...
Çaqqallar...
“Meşə çaqqalsız olmaz” deyiblər deyən atalarımızın qulağına pıçıldamaq lazım ki, təhsil də çaqqalsız olmaz, çaqqalla da bilik olmaz.
Fərdi məşğələlər, qrup hazırlıqları, yağışdan sonra göbələk kimi artan kurslar... Boş və mənasızdır.
Ya əzəmətli Bilik “Robot” fiquru timsalında nümunə göstəriləcəksiniz, ya da Oyuncaq “robotlar” olub idarə olunacaqsınız.
Qoyun müəllimlər ac qalsın. Soğan onları ağlatsın.
Uşağınız adam olsun-olacaqsa oxuyacaq.
Olmayacaqsa, üzülməyin. O məsuliyyətsiz müəllimlər də adam ola bilmədilər, universitetin divarlarına 6-7 il dırmaşaraq çaqqal oldular.
Bəli, Çaqqallar. Gülün keçin...
Onu da unutmayın ki, indiki və keçmiş təhsil nazirlərimiz isə  Azərbaycan Dövlət İqtisad Universitetinin məzunlarıdır.
Artıq ağlamaq vaxtıdır.
 
 

Загрузка...
Загрузка...