Canlı yayıma sərxoş çıxan deputat aparıcının üstünə... - VİDEO

Ukraynada canlı efirdə qalmaqallı olay baş verib.
Publika.az xəbər verir ki, sərxoş vəziyyətdə efirə qatılan deputat digər qonaqlar tərəfindən efirdən uzaqlaşdırılıb. Qonaqlar və verilişin aparıcısı iddia edir ki, deputatdan kəskin şəkildə alkoqol iyi gəlir.
İddiaları qəbul etməyən deputat kulisdən canlı efirə geri qayıdaraq özünə bəraət qazandırmağa çalışıb. Aparıcının üstünə hücum çəkən deputat ona sərxoş olmadığını və proqrama gəlməzdən qabaq rəsmi tədbirdə bir bakal şampan içdiyini deyib.
Proqram əməkdaşları tərəfindən deputat çəkiliş meydançasından uzaqlaşdırılıb.
Könül Cəfərli

Загрузка...
Загрузка...