​Canlı efirdə Mətanətlə Sərxan davaya çıxdı – VİDEO

Baxış sayı: 
134
1  
0  

“Xəzər” TV-də yayımlanan “Hər Şey Daxil” verilişində qalmaqallı anlar yaşanıb.
 
Oxu.Az-ın məlumatına görə, aparıcı Tarix Əliyevin qonağı Sərxan Kərəmoğlu olub.
 
Onunla canlı efirdə küsülülüyü unudub barışan Tolik Kərəmoğluya onun üçün xoş olmayan sürpriz edib.
 
Belə ki, Mətanət Əsədova telefon bağlantısı ilə canlı efirə qoşulub. Əsədova Kərəmoğlu ilə aralarında yaşanan qalmaqala aydınlıq gətirib.
 
“Sərxan mənə zəng vurdu ki, gəl efirə. Mən isə söylədim ki, vəziyyətim heç də yaxşı deyil. Başım çox qarışıqdır. Dedi ki, o zaman səni canlı efirə qoşaq. Amma söylədiyi ilə hərəkəti üst-üstə düşmədi. Bir sözlə, zəng vurmadı, mən də gəldim Tolikin verilişinə. Mənim sənin verilişinə gəlməyim isə Sərxanın heç xoşuna gəlmədi.
 
Öz efirində isə Sərxan mənim ünvanıma xoşagəlməz sözlər söyləyərək, hələ üstəlik mənə əli ilə “kül sənin başına” hərəkəti etdi. Mən də öz növbəmdə Sərxanın mənə söylədiklərinə öz cavabımı verdim.
 
Görürəm ki, yenə efirdə məni təhqir edir. Mən Sərxanı məhkəməyə verməkdən, o məni verib məhkəməyə. O ki qaldı bizim aramızda olan qalmaqalımıza, heç kəs bu məsələyə qarışmasın. Onu o bilər, mən bilərəm. Hər halda qayda-qanun var”.
 
Sərxan isə Mətanətin bu çıxışından qəzəblənərək od püskürüb:
 
“Hamı gördü ki, Mətanət yenə mənə şər atır. Söyləyir ki, mən nələrsə danışıram. Mən öz verilişimdə heç kəsi təhqir etməmişəm. Özümü mələk simasında göstərmək niyyətim yoxdur. Haqqın tərəfindəyəm. Tamaşaçılarımızı ayıq olmağa çağırıram. Şər-böhtanla üz-üzə qaldım yenə. Bizim işimiz məhkəmədədir. Sərxan bağışlayandır. Mətanət efirə zəng edib yalan ifadə verdi”.

Загрузка...
Загрузка...