Canavar DSX-nın hərbçisinə və 16 yaşlı oğlana hücum etdi - ZAQATALADA

Baxış sayı: 
718
0  
0  

 
 
Zaqatala rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi və mülki şəxsə canavar hucum edib.
 
Turaninfo.org xəbər verir ki, canavarların hücumuna məruz qalan, rayonun Aşağı Çardaqlar kənd sakini, 16 yaşlı Məhəmməd Məmmədov kəllənin gicgah nayihəsindən, Zaqatala Sərhəd Dəstəsinin (SD) əsgəri 19 yaşlı Bəxşiş Ərişad oğlu Əsgərov isə bədənin kürək nahiyəsindən ağır xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.
 
Məlum olub ki, 16 yaşlı Məhəmməd Məmmədov Azərbaycanın Gürcüstanla sərhədinə yaxın ərazidə, Aşağı Çardaqlar kəndi ərazisində meşə masivində ailəsinə məxsus qoyunları otaran zaman qəfildən canavarın hucumuna məruz qalıb.
 
M.Məmmədov həkimlərə bildirib ki, yaxınlıqdakı ağaca çıxmaqla canavarın əlindən qurtara bilib. Eyni canavar daha sonra ərazidə hərbi xidmətdə olan, Zaqatala SD-nin əsgəri B.Əsgərova hücum edərək onun kürək nahiyəsini dişləyib. Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd olunublar.
 
M.Məmmədovun müalicəsi Zaqatala RMX-nın infeksiya şöbəsində davam etdirilir. Ə.Əsgərov müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki hərbi hospitallardan birinə göndərilib.

Загрузка...
Загрузка...