“Bəzi məmurlar gör nə gündədir ki, fahişələrə pul xərcləməyi fəxr sayırlar” – Prezidentliyə keçmiş namizəd

Baxış sayı: 
235
0  
0  

 
"Əgər pul haram yolla gəlirsə, o elə haram yollara da xərclənəcək”.
 
Sfera.az bildirir ki, bu sözləri Azxəbər.com-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu məmur və məmur övladlarının türk müğənnilərə malikanələr bağışlamasına münasibət bildirərkən deyib.
 
O bildirib ki, onlarda azca məsuliyyət hissi olsaydı, bu cür rəftara yol verməzdilər: "Bir halda ki, ölkənin rəhbəri məmurları təvazökarlığa çağırır, onları sadə həyat tərzi keçirməyə dəvət edir, belə olduqda hansısa məmur və ya məmur oğlu hansı haqla ölkədən milyonlarla pul çıxarıb, əcnəbi müğənnilərə malikanələr alır?! Heç şübhəsiz onlar o pulları haram yollarla əldə edblər və elə haram yollarla əldə etdiklərinə görə, fahişələrə xərcləyirlər. Gör nə gündədirlər ki, fahişələrə pul xərcləməyi özləri üçün fəxarət sayırlar. Nə deyəsən, nə ad verəsən”.
 
ADP sədri hesab edir ki, bu cür məmurlara qarşı sərt tədbirlər görülməlidir: "Onlara öz yerini göstərmək lazımdır. İnsanlar yeməyə çörək tapmırlar. Bunlar dövlətdən oğurladıqlarını görün kimlərə və hansı məqsədlər üçün xərcləyirlər. Bu adamlar haqqında tədbir görülməsə, sabah digər məmur və məmur övladları da bu addımı atacaqlar”.
 
Xatırladaq ki, türkiyəli müğənni Petek Dinçöz Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun ona torpaq sahəsi ayıracağını bildirib.
 
Yerli mətbuata danışan müğənni deyib ki, icra başçısı ona bununla bağlı söz verib.
 
Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun isə atası məmur olduğu zaman Türkiyənin Bodrum şəhərində türk müğənni Hadisəyə bağışladığı "La Plaj” istirahət mərkəzinin məhkəmə qərarı ilə söküntüsünə başlanılıb.

Загрузка...
Загрузка...