"Bəyaz Saray"da kütləvi dava: yaralanan var - YENİLƏNDİ

Baxış sayı: 
28
1  
0  

Sumqayıt şəhərində “Bəyaz Saray" şadlıq evinin qarşısında dava baş verib.
 
Sumqayıt Şəhər Baş Polis İdarəsinin 1-ci polis bölməsindən verilən məlumata görə, içkili olan şəxslə digər bir nəfər arasında mübahisə zəmnində dava düşüb.
 
Dava zamanı onları ayırmaq istəyən ofisiant yüngül bıçaq xəsarəti alıb.
 
Hazırda faktla bağlı araşdırma aparılır.
 
***
 
01:46
 
Sumqayıt şəhərində kütləvi dava baş verib.
 
Hadisə "Bəyaz Saray" şadlıq evinin qarşısında qeydə alınıb.
 
Belə ki, 20 nəfərə yaxın iki qrup arasında mübahisə zəmnində dava düşüb. Əraziyə Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
 
Kütləvi dava zamanı ağır xəsarət alanların olub olmaması barədə hələki məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır (Report).

Загрузка...
Загрузка...