Bütün proqnozları düz çıxan alimdən ŞOK XƏBƏRDARLIQ: Gələn həftə dəhşətli zəlzələ...

Baxış sayı: 
66
1  
0  

Verdiyi proqnozlarla bütün dünyada məşhurlaşan, bu gün səhər saatlarında Türkiyədə meydana gələn zəlzələnin də xəbərini çox öncədən verən seysmoloq Frenk Huqerbits yeni açıqlaması ilə gündəmə gəlib.
 
Publika.az xəbər verir ki, mütəxəssis mart ayının sonunda da şiddətli zəlzələ olacağını proqnozlaşdırıb.
 
Alimin sözlərinə görə, bu ayın sonunda Merkuri, Neptun və Yer planeti eyni cərgədə sıralanacaq. Buna görə də Yerdə şiddətlə yeraltı təkanlar qeydə alınacaq.
 
Son olaraq 21 fevral tarixində bu planetlərin eyni cərgədə sıralanmasına və bundan sonra 7,5 bal gücündə zəlzələnin meydana gəlməsinə diqqət çəkən Huqerbits ayın son həftəsində diqqətli olunması ilə bağlı çağırış edib.
 
Qeyd edək ki, seysmoloq ötən gün verdiyi açıqlamada 20-21 martda Avropa-Aralıq dənizi seysmik xəttində zəlzələ olacağını söyləmişdi.
 
Bundan əvvəl onun verdiyi bütün proqnozlar doğru çıxıb.
 
Zümrüd

Загрузка...
Загрузка...