Burak Özçivit yeni rolu üçün azərbaycanlıdan dərs alır

Baxış sayı: 
39
1  
0  

Burak Özçivit baş rolu canlandıracağı “Diriliş Osman” serialı üçün azərbaycanlı idmançı Rahim Muradovdan dərs alır.
 
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aktyor Osman Qazi rolu üçün bir ildir at minmə, döyüş, qılınc oynatma və tarix dərsləri alır. Məlum olub ki, ulduz həftənin beş günü 8 saat məşq edir.
 
Burak Özçivit döyüş və qılınc oynatma dərslərini beynəlxalq xoreoqrafiya qrupu “Nomad Qrupu”nun məşqçisi Rəhim Muradovdan alır. O, eyni zamanda at minmə və oxatmada da özünü inkişaf etdirib. Bununla yanaşı Özçivitə tarixçilər və sosioloqlar da dərs verir.

Загрузка...
Загрузка...