​“Bundan məhrum olacağıq” - Konfrans Liqası bizə nə verəcək?

Baxış sayı: 
43
1  
0  

Xəbər verdiyimiz kimi, UEFA 2021-ci ildən Konfrans Liqası adlı 3-cü dərəcəli klub turniri yaradacaq. Artıq bununla bağlı qərar qəbul olunub. Bundan sonra 3-cü dərəcəli ölkələrin mövsüm çempionu Çempionlar Liqasına, digər mükafatçıları isə Avropa Liqasına deyil, “Konfrans” liqasına yollanacaq. Azərbaycan da bu ölkələr sırasındadır.
Bununla bağlı futbol mütəxəssisi Aslan Kərimov “Yeni Sabah”a açıqlama verib. O, turnirin ölkəmiz üçün müsbət və mənfi tərəflərindən danışıb:
 
 
 
“Bir tərəfdən dişimizə uyğun liqadır. Məsələyə iki tərəfdən yanaşmaq lazımdır. Xeyiri odur ki, klublarımızda özünəinam, təcrübə yarana bilər. Belə deyək, əgər “Arsenal”la (İngiltərə) qarşılaşırsansa, udmaq şansın 3-4 faiz olur, məğlub olursan. Lakin dişinə uyğun rəqiblərlə qarşılaşırsansa, burada özünəinam yaranır, öz təcrübənlə onların təcrübəsini müqayisə edirsən.
 
Mənfi cəhəti isə ondan ibarətdir ki, biz çox səviyyəli oyunlardan məhrum olacağıq. Biri var Makedoniyanın klubuna qarşı oynamaq, biri də var Almaniya, İtaliya klubları ilə üz-üzə gəlmək. Bu baxımdan böyük turnirlərdəki təcrübədən geri düşə bilərik. Yəni, birtərəfli danışmaq olmaz. Bu bizə xeyir verəcək, ya verməyəcək. Xeyiri var, amma ziyanı da yoxdur desək, yanılarıq”.
 
Naibə
 
 

Загрузка...
Загрузка...