​​Buna görə Almaniyaya MÜHARİBƏ ELAN ETMƏLİYİK - Türkiyə

 
Almaniya hökuməti Türkiyədə həbsdə olan bir-iki nəfər üçün qiyamət qoparır.
Muxalifət.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Türkiyədən Almaniyaya gedib orada həbs edilən, məhkəməsi davam etdirilən 2 mindən çox vətəndaşımız var. Almaniya Türkiyədə həbsdə olan bir neçə nəfər üçün qiyamət qoparır. O zaman 2 min nəfər üçün mən nə etməliyəm? Bunun qarşılığı müharibə elan etməkdir. Belə bir şey olarmı?” – nazir bildirib.
Çavuşoğlu qeyd edib ki, bununla bağlı prosedurları tənzimləyən ikitərəfli razılaşmalar mövcuddur.
Qeyd edək ki, Türkiyədə 15 iyul qiyamı ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində 10-na yaxın Almaniya vətəndaşı həbs edilib.

Загрузка...
Загрузка...